Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Mart 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Əfqanıstan prezidenti Karzay gəlirləri haqqında bəyannamə təqdim edib

Əfqanıstan prezidenti Karzay gəlirləri haqqında bəyannamə təqdim edibƏfqanıstanın prezidenti Həmid Karzay bildirib ki, onun bütün varidatı təqribən 10 min dollar və bir neçə dəyərli daşlardan ibarətdir. Əfqan hökumətinin başçısı Ali məhkəmənin rəhbəri Abdul Salam Əzimi və ölkənin antikorrupsiya komitəsinin rəhbəri Məhəmməd Yasin Asmaninin əhatəsində, tribuna arxasında əyləşərək 20 martda başa çatan Əfqan ilinin nəticələrinə görə öz əli ilə doldurduğu vergi bəyannaməsini diqqətlə nəzərdən keçirdi. Karzayın sözlərinə görə Frankfurt banklarının birində onun hesabında olan məbləğin 10 min dollar olduğunu o, çoxdan bəyan etmişdi. Ölkə başçısının sözlərinə görə onun başqa heç nəyi - nə evi, nə torpaq sahəsi, nə şəxsi mülkü, nə də maşını yoxdur.



Oxunub:865 dəfə | Tarix: 31-03-2009, 14:06 | Kateqoriya: Xəbərlər Ətraflı...

BMT məmuru 500 min dollar israf edib

BMT məmuru 500 min dollar israf edib2002-2006-cı illərdə Əfqanıstanda Layihə xidmətləri İdarəsinə rəhbərlik edən BMT-nin amerikalı məmuru ümumi məbləği yarım milyon dollardan çox olan maliyyə fırıldaqçılığında ittiham olunur. Bura BMT-nin kassasından 65 min dollar nəğd pul oğurluğu da daxildir. Bu barədə BMT-nin Daxili Təhqiqat İdarəsinin hesabatında bildirilir.
Araşdırmanın faktlarına əsasən, BMT-nin Əfqanıstandakı Layihə xidmətləri İdarəsinin keçmiş rəhbəri Hari Helset BMT-nin xəstəxanaların, məktəblərin tikintisi və Əfqanıstandakı digər bərpa işləri üçün ayrılmış maliyyə vəsaitlərindən şəxsi evinin təmiri, bahalı atomobil alma, dəbdəbəli restoranlarda naharlar və birinci klass avia uçuşları üçün istifadə edib.


Oxunub:864 dəfə | Tarix: 31-03-2009, 14:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qazaxıstanda keçmiş dövlət məmurunu 6 illik həbs cəzasına məhkum ediblər

Qazaxıstanda keçmiş dövlət məmurunu 6 illik həbs cəzasına məhkum ediblərQazaxıstanda 6 illik həbs cəzasına keçmiş yüksək dövlət məmuru Serik Burkitbayev məhkum edilib. Burkitbayev iqtisadi cinayətlərdə ittiham olunub. Qazaxıstanın Cinayət Məcəlləsinin “başqasının əmlakını mənimsəmə və ya israf etmə” maddəsinə görə onun haqqında cinayət işi açılıb. Bundan əlavə o, təxminən 20 milyon dollar büdcə vəsaitini oğurlamaqda da şübhəli bilinir.
Qazaxıstanda Burkitbayevlə bağlı cinayət təqibini ölkə prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevin işi ilə əlaqələndirirdilər.
Oxunub:858 dəfə | Tarix: 30-03-2009, 12:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Moldovada məmurlar yalan detektorunda yoxlanıldıqdan sonra işə götürüləcəklər

Moldovada məmurlar yalan detektorunda yoxlanıldıqdan sonra işə götürüləcəklərMoldovanın prezidenti Vladimir Voronin dövlət qulluğuna qəbul zamanı yalan detektoru (poliqraf) barədə qanun imzalayıb. O, dövlət maraqlarının müdafiəsi, milli təhlükəsizlik, həmçinin korrupsiyaya və proteksionizmə qarşı mübarizə üçün hazırlanıb. Sənəd müvafiq olaraq, güc strukturları –DİN, iqtisadi cinayətlər və korrupsiyaya qarşı mübarizə mərkəzi, məlumat və təhlükəsizlik xidmətləri, dövlət mühafizə xidməti, gömrük və sərhəd xidməti, Təhlükəsizlik Nazirliyi, prokurorluq, penitensiar müəssisələri şöbəsinə işə götürülmək üçün iddiaçı-məmurlar yalan detektorunda məcburi və könüllü sınaq proseduru keçəcəklər.
Oxunub:924 dəfə | Tarix: 17-03-2009, 16:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən universitetin rəhbəri həbs olunub

Azərbaycanda qanunsuz fəaliyyət göstərən universitetin rəhbəri həbs olunubAzərbaycan Milli Təhlükəsizlik Nazirliyi və baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin birgə tədbirləri nəticəsində vətəndaşları aldadaraq, onların pullarını mənimsəmiş şəxs saxlanılıb.
Məlumata görə, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu 3169 ünvanında qanunsuz fəaliyyət göstərən “Ümumdünya Texnologiya Universiteti”nin Bakıdakı struktur bölməsinin rəhbəri, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məhkum olunmuş Zülfi Babayevin vətəndaşları aldadaraq onlardan 300-5000 manat məbləğində pul alaraq qanunsuz fəaliyyət göstərən təhsil müəssisəsinə qəbul etdiyi müəyyənləşib.
Oxunub:1059 dəfə | Tarix: 16-03-2009, 16:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

121 şəxs barəsində başlanan cinayəti işinin istintaqı yekunlaşıb

121 şəxs barəsində başlanan cinayəti işinin istintaqı yekunlaşıbAzərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci ildə ölkədə 121 şəxs barəsində başlanan cinayət işinin istintaqı yekunlaşıb. Korrupsiya cinayətlərinin araşdırılması və istintaqı sahəsində ixtisaslaşmış cinayət təqibi orqanı olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 2008-ci ildə 121 şəxs barəsində başlanan 70 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. 34 cinayət işi aparılmış araşdırmalar əsasında bilavasitə idarə tərəfindən başlanılıb. Həmin cinayət işlərindən 4–ü rüşvət, 12-si vəzifədən sui-istifadə etmə, 5-i vəzifə səlahiyyətlərini aşma, 4-ü vəzifə saxtakarlığı, 2-i vergidən yayınma,2-i səhlənkarlıq, 1-i nüfuz alveri, 40-ı qulluq mövqeyindən sui-istifadə etməklə talama və digər korrupsiya hüquqpozmaları ilə bağlı olub.
Oxunub:863 dəfə | Tarix: 16-03-2009, 16:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hakimlər Femida tərəzisinə tərəflərin təklif etdiyi qonorarı qoyurlar

Hakimlər Femida tərəzisinə tərəflərin təklif etdiyi qonorarı qoyurlar Ukraynanın Baş prokurorunun müavini Rinat Kuzmin məhkəmə sistemində utandırıcı korrupsiya faktlarını açıqlayıb.
Femida xidmətçiləri təkcə qanunun çərçivəsindən deyil, adi vicdan qanunlarının da çərçivəsindən qırağa çıxmaqla qanunsuz və əsassız qərarlar çıxarırlar. Hökumət adından ədalətə qərar verməklə hakimlər məhkəmənin gedişi zamanı Femidanın tərəzisinə sübut və dəlillər deyil, tərəflərə təklif olunan qonorarın məbləğini qoyurlar.
Prokurorun müavini hakimlərin üzərindən hakim toxunulmazlığının götürülməsi hissəsində məhkəmə sisteminin islah olunmasının zəruriliyini bildirib. Qeyd etməliyik ki, Ukrayna qanunvericiliyinə əsasən hakimi yalnız hakim toxunulmazlığından məhrum etməklə cinayət məsuliyyətinə cəlb etmək olar.
Oxunub:1013 dəfə | Tarix: 14-03-2009, 15:26 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Kapital Bank”ın filial müdiri və Milli Depozit Mərkəzinin şöbə rəisi həbs olunub

“Kapital Bank”ın filial müdiri və Milli Depozit Mərkəzinin şöbə rəisi həbs olunub2009-cu ilin əvvəlindən indiyədək Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 25 şəxs barəsində 15 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib, 37 cinayət işinin istintaqı isə davam etdirilir.“İnter star” beynəlxalq şirkətinə kredit kimi rəsmiləşdirilmiş 65 000 manat pulun mənimsənilməsi barədə daxil olan müraciət üzrə başlanılmış cinayət işinin istintaqı ilə isə müəyyən edilib ki, “Kapital Bank”ın Qobustan rayon filialının müdiri vəzifəsində işləyən Pərvin Kazımov qulluq mövqeyindən sui-istifadə etməklə bankın Kredit Komitəsindən müvafiq qaydada icazə almadan, bankın digər müştəriləri qarşısında olan öhdəliklərinin təmin edilməsi üçün nəzərdə tutulan və bu məqsədlə filiala göndərilmiş puldan 65 000 manatını mənimsəmək məqsədilə Sumqayıt şəhərində yerləşən, dəyəri 245 000 manat təşkil edən qeyri-yaşayış sahəsini kreditin qaytarılmasının təminatı kimi ipoteka yüklü edilməsi barədə “İnter star” beynəlxalq şirkətinin direktoru Arzu Mirzəyevin adına sonuncuya 12 ay müddətinə 24 faizlə 65 000 manat kredit verilməsi barədə kredit və ipoteka müqavilələrinin bağlanılmasını və bununla bağlı digər sənədləşmələrin aparılmasını təşkil edərək həmin pulun Arzu Mirzəyevə verilməsi barədə xəzinə məxaric orderi tərtib etdirərək imzaladıb.
Oxunub:1108 dəfə | Tarix: 13-03-2009, 16:45 | Kateqoriya: Xəbərlər Ətraflı...

400 yunan hökumət işçisi korrupsiya əməllərinə görə ittiham olunur

400 yunan hökumət işçisi korrupsiya əməllərinə görə ittiham olunur400 nəfərə yaxın yunan hökumət işçisi öz gəlirlərini gizlətdiklərinə görə antikorrupsiya qanunlarına əsasən məhkəmə qarşısında cavab verməli olacaqlar. Digər 30 nəfərin də bank hesabları, ortaya çıxan gəlir və əmlakları onların maaşı ilə uyğunluğu yoxlanılacaq. Hökumət administrasiyanın baş inspektoru Leandros Rakintzis deyib ki, təxminən 6500 hökumət işçisi antikorrupsion ölçülərə əsasən öz gəlirləri barədə məlumat verməlidirlər. Hakimlər və qanunvericilər də oxşar tələblərlə üzləşirlər “lakin onlarla praktik olaraq heç bir yoxlanış aparılmır” Rakintzis dedi.
Oxunub:904 dəfə | Tarix: 12-03-2009, 18:01 | Kateqoriya: Xəbərlər Ətraflı...

Obama Afrikaya nə borcludur

Obama Afrikaya nə borcludurNjoroge Vaxay – Kenyalı jurnalist. Əziz Prezident Obama:ABŞ-da olduğu kimi Afrikada da sizin prezidentliyinizə ümidlər böyükdür. Siz Afrikalı kökünüzü təhlükə kimi inkar edə bilərsiniz. Lakin sizin mərhum atanız Kenyadan idi. Və növbəti 4 ildə, əgər 2013-cü ildə də prezident seçilsəniz 8 ildə yaşayacağınız Ağ evi də Afrika qulları tikib. Düşünmürsünüz ki, bizə nə isə borclusunuz?
Cənab Prezident, xahiş edirəm məni səhv başa düşməyəsiniz. Biz sizin administrasiyanızdan sədəqə ummuruq. Biz başa düşürük ki, Amerika pulu boş yerə xərcləmir. Bizim istədiyimiz sizin kampaniyalar dövrünüzdə ən çox üstünlük verdiyiniz: demokratiya, insan hüquqlarına hörmət, rəhbərlərimizdən məsuliyyət və şəffaflıq, Afrikada var-dövlət yaradan və daha çox insanı iş yeri ilə təmin edən bazar siyasətidir.
Oxunub:862 dəfə | Tarix: 12-03-2009, 17:50 | Kateqoriya: Xəbərlər Ətraflı...