Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Fevral 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Quru qoşunlarının komandanının müavini korrupsiyada şübhəli bilinərək həbs edilib

Quru qoşunlarının komandanının müavini korrupsiyada şübhəli bilinərək həbs edilibMoskva qarnizon hərbi məhkəməsi quru qoşunlarının komandanının müavini Boris Seqedanı həbsə alıblar. Polkovnik Seqeda “qabaqcadan razılaşmaya əsasən qrup şəklində iri həcmdə rüşvət alma”cinayət işinə görə şübhəli bilinir. Həmçinin quru qoşunlarının komandanının müavinini ağır nəticələrə səbəb olan vəzifəsindən sui-istifadədə şübhəli bilirlər.

Oxunub:864 dəfə | Tarix: 26-02-2009, 15:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

Parmalat konserninin banisini 10 illik həbs cəzasına məhkum ediblər

Parmalat konserninin banisini 10 illik həbs cəzasına məhkum ediblər[img=left]İtaliya məhkəməsi Parmalat konserninin banisi Kalisto Tansini 10 illik həbs cəzasına məhkum edib. Onu şirkətin aksiyaları ilə fırıldaqçılıqda, saxta mühasibat hesabatları tərtib etməkdə və auditor yoxlamalarının keçirilməsinə mane olmaqda günahkar hesab ediblər. 2003-cü ildə Parmalat konserninin hesabından 14 milyard evro yoxa çıxıb və bundan sonra isə o iflasa uğrayıb. Nəticədə 36 min adam iş yerlərindən məhrum olub, 135 min italiyalı yığdığı pulları itirib.
Oxunub:809 dəfə | Tarix: 26-02-2009, 15:29 | Kateqoriya: Xəbərlər Ətraflı...

İspaniyanın Ədliyyə Naziri maral ovuna görə istefaya gedib

İspaniyanın Ədliyyə Naziri maral ovuna görə istefaya gedibİspaniyanın Ədliyyə Naziri Mariano Fernandes Bermexo öz istefası barədə bəyanat verib. Xəbər verilir ki, Bermexo bu qərarı ətrafında gedən korrupsiya qalmaqalına görə və məşhur hakim Baltasar Qarsonla birlikdə maral ovuna getdikdən sonra verib. Qarsonla ova getdiyinə görə naziri müxalif Xalq Partiyası tənqid edib. Belə ki, Qarson partiya sıralarında korrupsiya barədə işi aparır. Müxalifətçilərin fikrinə görə bu iş martın 1-ində regional seçkilərdə iştirak etməyi düşünən Xalq Partiyasının əleyhinə yönlənib.
Bermoxun özünün sözlərinə görə, o, “onun ovunu nəyə çevirdiklərinə dözə bilmədiyinə” görə istefa verib. Reuters-in verdiyi məlumata görə Ədliyyə Nazirliyinin rəhbərinin ov etməyə lisenziyası olmayıb.
Oxunub:1009 dəfə | Tarix: 24-02-2009, 18:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Elektron hökumət”in tətbiqi korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmağa kömək edəcək

“Elektron hökumət”in tətbiqi korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmağa kömək edəcəkRF-in Federasiya Şurasının spikeri Sergey Mironov elektron hökumət yaratmada gücləri səfərbər etməyə çağırır. Mironov hesab edir ki, “Elektron hökumətin inkişaf etmə indeksinə görə Rusiya 2005-ci ildə 56-cı yeri tutmuşdu, 2007-ci ildə isə asanlıqla 92-ci yerdə qərarlaşıb”. Onun fikrinə görə elektron hökumətin tətbiqində ləngimələr “ölkəni iqtisadi artımının qiymətli bəndlərindən məhrum edir”. Spiker hesab edir ki, əgər hökumət və bələdiyyə idarəetməsi elektron sənədləşməyə keçsəydi, korrupsiya problemini 70% həll etmək olardı. Mironov hesab edir ki, “Rusiyada hər dörd ailədən birində, eləcə də dövlət qulluqçularında kompüter var. Cəmiyyət və hakimiyyət arasında rəqəmsal sərhəddi aşmaq üçün siyasi iradə və yaradıcı qərar çatışmır”.
Oxunub:1076 dəfə | Tarix: 23-02-2009, 17:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Səudiyyə polislərini zorlamaya görə edam ediblər

Səudiyyə polislərini zorlamaya görə edam ediblərİki Səudiyyə polisi qadın zorladıqlarına görə edam olunublar. Şalan bin Nəsir əl-Qətani və Fəhd bin Həsən əl- Səbeyinin boynunu vurublar.
Polislər Ər-Riyaddakı nəzarət buraxılış məntəqəsində bir nəfər emiqrant və onun qardaşı qızına təcavüz ediblər. Onlar kişini döyüb, sonra polis maşınında bağlayaraq qardaşı qızını zorlayıblar. Zərərçəkənlərin adları və milliyətləri barədə xəbər verilmir. Zərərçəkənlər ən yaxın polis məntəqəsinə ərizə ilə müraciət etdikdən sonra polisləri tutublar.
Ölüm cəzaları camaatın qarşısında keçirilən Səudiyyə Ərəbistanında 2009-cu ilin əvvəlindən 11 cinayətkarın boynu vurulub. 2008-ci ildə ölkədə 102 ölüm cəzası həyata keçirilib. 2007-ci ildə Səudiyyə Ərəbistanı hakimiyyəti 153 adamı edam etməyi sərəncam verib.
Oxunub:951 dəfə | Tarix: 21-02-2009, 14:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

Böhran İtaliya mafiyasının gəlirlərini azaltmadı

Böhran İtaliya mafiyasının gəlirlərini azaltmadı2008-ci ildə İtaliya mafiyasının gəlirləri 40 % artıb. Bu da İtaliyada mütəşəkkil cinayəti ən səmərəli biznesə çevirib. Böhrana baxmayaraq mafiya 2007-ci ildə 90 milyard evro olan gəlirini 2008-ci ildə 130 milyarda çatdıra bilib. Mafiyanın əsas gəlir mənbəyi bir ilə 59 milyard evro gətirən narkotik alveri olub.5.9 milyardı da silah alverinə görə qazana biliblər.
Mütəşəkkil cinayətkar qruplar reket və İtaliya biznesinin “qara” kreditlərindən 92 milyard evro və ya ölkənin ümumi daxili məhsulunun 6 faizi qədər qazanır. Mafiya bir günə biznesmenlərdən 250 milyon evro qazanır.
Bundan əlavə İtaliya hökuməti 2008-ci ildə cinayətkar qruplardan 5.2 milyard evro müsadirə edib. Onlardan 2.9 milyardı Kamorranın neopolitan sindikatlarından gəlib.


Oxunub:998 dəfə | Tarix: 20-02-2009, 16:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ukraynada rüşvətin miqdarı aşağı düşüb

Ukraynada rüşvətin miqdarı aşağı düşüb
Ukrayna ali məktəblərinə daxil olma sistemində islahat ali təhsil sistemində korrupsiyalaşma səviyyəsini aşağı salıb. Abituriyentlərdən kənar müəllimlər imtahan götürürlər. Buna görə də onların ali məktəb müəllimlərinə rüşvət vermələri lazım deyil.
Ukraynada təhsil sahəsində korrupsiya azalıb. Ötən iki il ərzində ən çox korrupsiyalaşmış sahələrdən birinə əhalinin şikayətləri bir neçə dəfə aşağı düşüb. Bu, ənənəvi qəbul imtahanlarının abituriyentlərin biliklərinin sərbəst şəkildə qiymətləndirilməsi ilə əvəz olunduqdan sonra baş verib. Management Systems İnternational və Kiyev Belnəlxalq Sosiologiya İnstitutu ictimai təşkilatları tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri belədir.
2008-ci ildə ali məktəbə daxil olma kampaniyasını Ukrayna abituriyentlərinin yalnız beş faizi korrupsiyalaşmış hesab edir.
Oxunub:929 dəfə | Tarix: 19-02-2009, 17:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hindistanın məhkəmə sistemi korrupsiyalaşmış hesab olunur

Hindistanın məhkəmə sistemi korrupsiyalaşmış hesab olunurBütün yığılıb qalan işləri həll etmək üçün Hindistanın Ali məhkəməsinə 466 ildən çox vaxt lazımdır. Bundan başqa 629 mülki və 17 cinayət işi 20 ildən artıqdır ki, baxılması üçün öz növbəsini gözləyir. BMT-nin məlumatına görə ümumiyyətlə Hindistanda 20 milyondan çox iş baxılması üçün öz növbəsini gözləyir.
Məşhur hindistanlı vəkil Praşant Bxuşanın sözlərinə görə bu ölkənin məhkəmə sisteminin dağılmasından xəbər verir. Işlərin baxılmasında yubanmaların əsas səbəbi hakimlərin az olmasıdır. Bir milyarddan çox əhalisi olan Hindistanda hər bir milyon əhaliyə 11 hakim düşür. ABŞ-da bu göstərici 110-a bərabərdir. Hindistanın Ədliyyə Nazirliyinin planlarına görə 2013-cü ilə kimi bir milyon insana 50 hakim düşməlidir. Lakin hələ hökumətin bu proqramı hansı mənbələrdən maliyyələşdirəcəyi məlum deyil.

Oxunub:845 dəfə | Tarix: 19-02-2009, 17:04 | Kateqoriya: Xəbərlər Ətraflı...

Obama və Medvedev korrupsiyaya qarşı birgə mübarizə aparmağa hazırlaşırlar

Obama və Medvedev korrupsiyaya qarşı birgə mübarizə aparmağa hazırlaşırlarOla bilsin ki, Rusiya ABŞ-la korrupsiyaya qarşı birgə mübarizə apardılar – müvafiq razılıq Kremli Ağ evin yeni administrasiyası ilə yaxınlaşdıran ilk sənəd ola bilər. Amerika tərəfində RF və ABŞ prezidentlərinin qarşıda duran sammitinin gündəliyinə korrupsiyaya qarşı birgə mübarizə barədə razılığı müzakirəyə çıxarmaq ideyası yaranıb. Dmitri Medvedev və Barak Obamanın ilk görüşünə hazırlıq tam sürətlə gedir. Prezidentlər çox güman ki, ilk dəfə “Böyük iyirmiliyin” sammitində görüşəcəklər.
ABŞ administrasiyasında iki ölkə arasında əlaqələrin canlanmasını nümayiş etdirmək üçün imkan axtarırlar. Barak Obamanın ətrafındakılar prezident Medvedyevin son bəyənatını analiz edərək qərara gəliblər ki, Rusiya lideri korrupsiyaya qarşı mübarizə ilə çox maraqlanır. Məhz elə bu da danışıqların mözusu olacaq.
Oxunub:904 dəfə | Tarix: 17-02-2009, 17:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

Avropa Komissiyası Rumıniyanının maliyyələşdirilməsini azaltmaq niyyətindədir

Avropa Komissiyası Rumıniyanının maliyyələşdirilməsini azaltmaq niyyətindədirRuminiya son yarım ildə korrupsiyaya qarşı mübarizənin inkişafını zəiflədib. Bu barədə Avropa Komissiyasının hesabatında xəbər verilir.
Rumıniyanın rəhbərliyinin fəaliyyətinin pis qiymətləndirilməsində əsas günahkar ölkə parlamenti olub. O, korrupsiya sahəsində qalmaqallı məhkəmə işlərinin araşdırılmasına qadağa qoyub (belə işlərin məhkəməyə verilməsi üçün Rumıniya qanunvericiliyinin razılığı vacibdir). Bundan əlavə hesabatda qeyd olunur ki, Rumıniya parlamenti prokurorluğun antikorrupsiya bölməsinin işini pozmağa və qanunvericiliyə “istintaq orqanlarının səlahiyyətlərini ciddi məhdudlaşdıracaq” düzəlişlər etməyə çalışıb. Bundan başqa Rumıniyanın antikorrupsiya idarəsi yüksək vəzifəli dövlət xadimlərinə qarşı korrupsiya ittihamı üzrə istintaqı aparmağa davam edirdi. Keçmiş baş nazir, keçmiş baş nazirin müavini, keçmiş əmək naziri və üç deputata qarşı ittiham qaldırılmışdı.
Oxunub:980 dəfə | Tarix: 17-02-2009, 17:19 | Kateqoriya: Xəbərlər Ətraflı...