Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Yanvar 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Ən varlı çinlilərdən biri maliyyə fırıldağında şübhəli bilinir

Ən varlı çinlilərdən biri maliyyə fırıldağında şübhəli bilinirÇinin ən varlı adamı, 39 yaşlı biznesmen Huanq Quanqyu bazarda qiymətli kağız alveri ilə bağlı möhtəkirliklə əlaqədar ola bilər.
Huanq Quanqyu məişət texnikasını reallaşdırmaqla, bütün Çinin ərazisində fəaliyyət göstərən “Gome” ticarət mərkəzini, həmçinin bazarda investisiya və daşınmaz əmlak yaratmaqla, varlanıb. “Çayna deyli” qəzetinin məlumatına görə ehtimal olunur ki, qardaşına məxsus şirkət aksiyalarının kurslarının manipulyasiyası ilə əlaqəsi olub. Mənbə milyarderə qarşı ittihamın nədə olduğunu dəqiqləşdirmir. Onun var-dövləti 6.3 milyard ABŞ dolları ilə ölçülür.
2006-cı ildə də Huanq qardaşlarına qarşı qeyri-qanuni kredit almaqla bağlı istintaq aparılmışdı. Lakin 2007-ci ildə bu şübhələr aradan qaldırılmışdı.
Hazırda Çin hökuməti dövlət qulluqçuları və işgüzar dairələr arasında korrupsiyanın qarşısını almaqla əlaqədar fəal siyasət aparır.
Oxunub:881 dəfə | Tarix: 28-01-2009, 16:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qırğızıstan vətəndaşlarına 300 dollara ordudan azad olmağa icazə verdilər

Qırğızıstan vətəndaşlarına 300 dollara ordudan azad olmağa icazə verdilərQırğızıstandan olan çağırışçıların 300 dollara hərbi xidmətdən azad olmağa indi qanuni haqqları var. Ölkə Parlamentinin qəbul etdiyi Hərbi xidmət haqqında qanuna əsasən göstərilən məbləği ödəməklə və ordu təlim mərkəzində aylıq təlim keçməklə hərbi bileti almaq olacaq. Müdafiə müəssisəsi alınan pulları “təhsil-təlim mərkəzinin gələcək yeni əsgərlərinə əşya təminatı, onların qidalanmasına, tibbi qulluğuna, həmçinin əsgərlərin istirahət xərclərinə ödəyəcək.”
Qeyd etməliyik ki, Gürcüstan belə bir qanunu hələ 2000-ci ildə orduda xidmət etmək istəməyənlər üçün tətbiq edib. O vaxt hərbi komissarlığa təqdim olunan çek 200 lari və ya 100 dollara idi. Bundan sonra çağırışçı avtomatik olaraq bir illik möhlət alır. 2006-cı ilin iyulunda Gürcüstan parlamenti təcili hərbi xidmət haqqında qanuna düzəlişi təsdiq etdi. Bu qanuna əsasən Silahlı qüvvələrə həqiqi hərbi xidmətə çağırışa möhlət üçün ödəniş 10 dəfə artdı və 2000 lari oldu (təqribən 1100 dollar).
Oxunub:892 dəfə | Tarix: 28-01-2009, 13:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ermənistan parlamentinin spikerini 95 milyon dollar pulun yuyulmasında şübhəli bilirlər

Ermənistan parlamentinin spikerini 95 milyon dollar pulun yuyulmasında şübhəli bilirlərYaxın günlərdə Ermənistanın bank sistemində pulların yuyulması faktı qeyd olunub. Söhbət Kiprdən bir neçə mərhələ köçürülən 95 milyon dollardan gedir. Baş prokurorluq müəyyən edib ki, parlamentin spikeri Ovik Abramyan aksiyada bilavasitə iştirak edib.
Mərkəzi bank bu köçürmələri müəyyənləşdirib və baş nazir Tigran Sarkisyanı, o da öz növbəsində prokuror Agvan Ovsepyanı bu barədə məlumatlandırıb. Bununla belə baş nazirin təkidlərinə baxmayaraq Baş Prokurorluq cinayət işi açmayıb. Əksinə onu əmin edib ki, aksiya iştirakçısı ilə söhbət ediblər və o, bir də belə hərəkət etməyəcəyini bildirib.

Oxunub:807 dəfə | Tarix: 25-01-2009, 09:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur...

Cəmiyyətdə rüşvətxorluq və korrupsiya kimi cinayətlərin geniş yayılması xüsusi narahatlıq doğurur...və bir sıra vətəndaşlar, o cümlədən vəzifəli şəxslər bu faktları adi bir hal hesab edirlər.
Hüquq-mühafizə orqanlarının rəhbərlərinə tapşırılsın ki, idarə, təşkilat və müəssisələrdə rüşvətxorluq faktlarının aşkar edilməsi, belə hallara yol vermiş vəzifəli şəxslərin qanuna müvafiq surətdə cəzalandırılması, rüşvətxorluq faktlarının qarşısının alınması üçün tə`sirli tədbirlər görsünlər.
Azərbaycan Respublikasının məhkəmələrinə təklif edilsin ki, rüşvətxorluq faktları ilə bağlı açıq və səyyar məhkəmə prosesləri təşkil etsinlər.
Ədliyyə Nazirliyinə tapşırılsın ki, korrupsiyaya, yalançı sahibkarlığa, qəsdən iflasa, qanunsuz kredit verməyə, kreditlərdən tə`yinatı üzrə istifadə etməməyə, valyuta vəsaitlərini xaricdən vaxtında və tam gətirməməyə, mühasibat uçotu qaydalarını qəsdən pozmağa, əmlakı zorakılıqla almağa (reketə) və başqa ictimai təhlükəli əməllərə görə cinayət məs`uliyyətinin müəyyən olunması; vergi ödənilməsindən boyun qaçırmağa və ya yayınmağa və s. görə cinayət məs`uliyyətinin gücləndirilməsi, cinayət və cinayət-prosessual qanunvericiliyinin təkmilləşdirilməsi barədə bir ay müddətində qanunvericilik təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Oxunub:1050 dəfə | Tarix: 25-01-2009, 09:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Uqo Çaves onu üstün tutduqlarına görə yerli hakimiyyəti tənqid edib

Uqo Çaves onu üstün tutduqlarına görə yerli hakimiyyəti tənqid edibVenesuela prezidenti Uqo Çaves öz silahdaşı Sukre ştatının qubernatorunu mitinq zamanı onu və digərlərini xüsusi tikilmiş örtülü yerin altına yerləşdirdiyinə görə tənqid edib. Həmin vaxt Venesuela liderinin minlərlə tərəfdaşı qızmar günəşin altında qalmışdı.
Bununla əlaqədar olaraq Çaves bəyan edib ki, o, öz çıxışını qısaltmaq məcburiyyətindədir. “XXI əsr sosializminin şəxsi Bolivarian modelini” yaradan prezident qeyd edib ki, “sosializmin əsas sərvəti bərabərlikdir” və bütün venesuelalılar bərabər olmalıdır.
“Camaat qızmar günəşin altında dayananda mənim üçün örtülü yer düzəltməyin. Mənə kölgə lazım deyil. Yaxşısı məni ən günəşli yerə qoyun”, - Çaves bəyan edib.


Oxunub:853 dəfə | Tarix: 24-01-2009, 18:00 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yuliya Timoşenko qaz böhranına görə “Ukraynanın yüksək səviyyələrində olan korrupsiyanı” günahlandırıb

Yuliya Timoşenko qaz böhranına görə “Ukraynanın yüksək səviyyələrində olan korrupsiyanı” günahlandırıbAvropa ölkələrinin maraqlarına toxunan Rusiya və Ukrayna arasındakı qaz münaqişəsinin səbəbi Ukraynanın “ən yüksək siyasi səviyyəsində” korrupsiyasının olmasıdır. Baş nazir Yuliya Timoşenko hökumət iclasında belə bəyənatla çıxış edib. “Ən yüksək siyasi səviyyədə olan Ukrayna korrupsiyası 30-31 dekabr danışıqlarını pozub. Bu da AB-yə qədər gedib çatan xoşagəlməz qalmaqala çevrildi”.
O, izah edib ki, məhz RosUkrEnergo Ukraynanın siyasətçiləri və yüksək vəzifəli şəxsləri vasitəsilə 30-31 dekabr 2008-ci il “Naftoqaz” və “Qazprom” danışıqlarının pozulmasında günahkardır.
İndi baş nazir hesab edir ki, Ukrayna qaz sahəsində korrupsiyadan canını qurtara bilib. Onun sözlərinə görə hökumət 2008-ci ildə Ukraynanın qaz bazarında inhisarçı olan “UkrQazEnergo”nu “ləğv etməyə”, 2009-cu ildə isə bazardan son bir neçə ildə yaradılan RosUkrEnergo - korrupsion sxemi götürməyə nail olub.
Oxunub:865 dəfə | Tarix: 24-01-2009, 11:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

Paraqvaylılar Ekvatorial Qvineyanın prezidentini qarət ediblər

Paraqvaylılar Ekvatorial Qvineyanın prezidentini qarət ediblərParaqvaylı ər-arvad Ekvatorial Qvineyanın prezidenti Teodor Obianqu Nqemunu və onun həyat yoldaşını qarət ediblər. Onlar evdən ümumi dəyəri 4 milyard KFA frankı (6.1 milyon evro) olan pul, zinət əşyaları və dəyərli əşyalar aparıblar.
Cinayətkarlar bir neçə il ərzində Nqema cütlüyünün ev təsərrüfatını idarə ediblər. Onlar sahiblərinin iki həftəlik yoxluğundan istifadə edərək pul, dəyərli daş-qaş və qiymətli kağızlarla dolu bir neçə çamadan oğurlayıblar.
Yerli polis nümayəndəsinin sözlərinə görə qarət diqqətlə hazırlanıb və qarətdən sonra oğrular hava limanına yollanıblar. Orada sakitcə bütün sənədləri doldurublar və vacib formallıqları keçərək Madrid reysi ilə uçublar.

Oxunub:814 dəfə | Tarix: 21-01-2009, 14:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir

Qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
Biz istehlak bazarına daha da ciddi nəzarət etməliyik, elə etməliyik ki, süni qiymət şişirtmələri olmasın. Hesab edirəm ki, qiymətlərin aşağı düşməsi daha da sürətlə getməlidir. Həm ərzaq məhsullarının, həm tikinti materiallarının qiymətləri daha da aşağı düşməlidir və bunu etmək üçün, əlbəttə ki, bütün bu sahəyə ciddi nəzarət olmalıdır. Antiinhisar fəaliyyəti gücləndirməliyik. Əsassız inhisarçılığa, qeyri-sağlam rəqabətə son qoyulmalıdır. Bu işlərlə məşğul olan tərəflər ciddi şəkildə cəzalandırılmalıdırlar ki, bu sahədə biz ciddi dönüş yaradaq. Bu sahədə maksimum şəffaflıq olmalıdır, dövlət qurumları tərəfindən bütün qanunsuz tələblər, xoşagəlməz hallar, qanunsuz müdaxilələr dərhal dayandırılmalıdır.
Bu qanunsuz işlərlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Artıq olunur və daha geniş və daha ciddi şəkildə olmalıdır. Hamı bilməlidir ki, dövlət əleyhinə fəaliyyət göstərməyə, əsassız iddiada olmağa, yaxud da ki, qanunsuz yolla varlanmağa heç kimə icazə verilmir.
Oxunub:873 dəfə | Tarix: 19-01-2009, 14:31 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusiyalıların üçdə biri rüşvət verməklə yaşamlarını asanlaşdırırlar

Rusiyalıların üçdə biri rüşvət verməklə yaşamlarını asanlaşdırırlarRusiya Elmlər Akademiyasının sosiologiya İnstitutunun regional sosiologiya mərkəzinin araşdırmalarına əsasən, hər onuncu rusiyalı (11.1 %) cavab verib ki, rüşvət bizim həyatımızın vacib hissəsidir, onsuz heç nə etmək mümkün deyil. 60.1 % vətəndaşların fikrinə görə hakimiyyətin yüksək orqanlarındakı məmurlar “öz vəzifələrindən şəxsi qazanc məqsədilə istifadə edirlər”. Bununla bərabər, təxminən hər üçüncü (28.5%) respondentin rüşvət verməyə heç biri etiraz etmir. Onlar hesab edirlər ki, “rüşvətdən qaçmaq mümkündür, lakin onunla lazımi nəticəyə daha asan çatmaq olur”.
Belarusiya Respublikasında 2003-cü ildə qəbul edilən korrupsiyaya qarşı mübarizə haqqında qanunun analoqunu Rusiyada tətbiq etmək lazımdır. O qanunda xüsusən dövlət işçilərinin və ailələrinin gəlirlərinin bəyan edilməsi, həmçinin məmurların maliyyə monitorinqi işçiləri qarşısında gizli hesabatı vacibdir.
Oxunub:1018 dəfə | Tarix: 17-01-2009, 09:04 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu ilin yekununu vurdu

Korrupsiyaya qarşı Mübarizə Fondu ilin yekununu vurduKorrupsiyaya qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın və Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqələrdə üstünlük qazanan 2008-ci ildə həyata keçirdiyi layihələr daha çox Azərbaycanın regionlarını əhatə etmişdir. Çünki regionlarımızda insanların hüquqlarının qorunması, onlara hüquqi yardımın göstərilməsi və şikayətlərinə baxılması məsələləri lazımi səviyyədə deyil. Üstəlik yerlərdə əhali məmur özbaşınalığı və rüşvətxorluqla daha çox rastlaşır. Bütün bu problemlərin həlli yolları Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün qəbul olunmuş “Şəffaflığın Artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya”da göstərilmişdir. Regionlarda tədbirlər keçirərkən Korrupsiyaya qarşı Mübarizə Fondu məhz bu sənədə istinad edərək “Milli Strategiya”nın icrasına ictimai nəzarəti təşkil edir.
Oxunub:1343 dəfə | Tarix: 16-01-2009, 11:35 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...