Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Dekabr 2008    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Aleksandr Lukaşenkonun ifşa etdiyi prokuror həbs edilib

Aleksandr Lukaşenkonun ifşa etdiyi prokuror həbs edilibKorrupsiyada ittiham olunan Minsk vilayətinin keçmiş prokuroru Mixail Snegir Belorusiyada həbs edilib. Vəzifəsindən sui-istifadə etdiyinə görə ona qarşı rəsmi ittiham irəli sürülüb. Belorusiyanın Cinayət Məcəlləsinin buna müvafiq maddəsi 10 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırladaq ki, Snegir və digər yüksək vəzifəli prokurorun (ölkənin baş prokurorun müavini Nikolay Kupriyanov) korrupsiya fəaliyyəti haqqında məlumatını noyabr ayının ortalarında Belarusiya prezidenti Aleksandr Lukaşenko bildirib. O, korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş müşavirədə çıxış edərək onların işdən qovulmasını və onlara qarşı cinayət işi açılmasını əmr edib.
Lukaşenkonun sözlərinə görə 2007-ci ildə Snegir Minskin mərkəzində şübhəli şəraitdə 5 otaqlı mənzil əldə edib. Mənzil sahəsi ucuzlaşdırılmış qiymətə alınıb: bazar qiyməti yarım milyon dollar olan mənzilə prokuror 156 milyon Belarus rublu (təxminən 70 min dollar) verib. Bundan başqa aydın olub ki, mənzili ümumiyyətlə satmaq olmazdı. Belə ki, orda mənzili 2024-cü ilə kimi kirayəyə götürən Sidoroviç adlı bir şəxs yaşayırdı.
Oxunub:908 dəfə | Tarix: 19-12-2008, 16:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Siemens rüşvətlə bağlı milyard dollara yaxın məbləğ ödəyəcək

Siemens rüşvətlə bağlı milyard dollara yaxın məbləğ ödəyəcək  Alman konserni Siemens ABŞ və Almaniya hökumət orqanlarına milyard dollara yaxın cərimə ödəyəcək. Çünki şirkətin nümayəndələri müqavilə bağlanılmasına nail olmaq üçün rüşvət vermişlər. Münhen şəhər məhkəməsinin qərarına görə konsern Almaniyanın xeyrinə 395 milyon avro (540 milyon dollar) ödəyəcək. Əvvəlcə Vaşinqtondakı federal məhkəmə qərar vermişdi ki, şirkət ABŞ-a 800 milyon dollar cərimə ödəməlidir.
Siemens-də hər iki məhkəmənin qərarından razı qalıblar və ümid edirlər ki, konsernin işgüzar nüfuzuna böyük zərbə endirən korrupsion qalmaqala son qoyacaqlar. Xatırladaq ki, 2007-ci ildə Siemens Almaniyada 201 milyon avro cərimə olunmuşdu. 2006-cı ilin noyabrında konsernin 30-dan çox ofisində axtarış aparılmışdı. Çox keçmədən Siemens-in bir neçə əsas meneceri şirkətə sifariş qəbul etmək üçün xarici podratçılara rüşvət verdiklərinə görə günahlandırılıblar.
Oxunub:854 dəfə | Tarix: 18-12-2008, 16:02 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qırğızıstanda rüşvətə görə sərhəd keçidinin rəisini tutublar

Qırğızıstanda rüşvətə görə sərhəd keçidinin rəisini tutublarQırğızıstanın Özbəkistanla sərhəd ərazisində yerləşən Batken əyalətində “Fakel” sərhəd keçidinin rəisini həbs ediblər. Əvvəlcə yerli sahibkar polisə müraciət edərək bildirib ki, sərhəd keşikçisi onun yükünü (30 qutu narınc) sərhəddən sənədsiz buraxmaqdan ötrü 200 dollar tələb edir.
Əvvəlcədən polisi xəbərdar edən sahibkar sərhəd keçidinin rəisinə 100 dollar və min som (təxminən 25 dollar) verib.
Oxunub:1015 dəfə | Tarix: 17-12-2008, 17:30 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda əhalinin 50-60%-i problemlərinin həllinə görə rüşvət verir

Azərbaycanda əhalinin 50-60%-i problemlərinin həllinə görə rüşvət verirDay.az-ın Korrupsiyaya qarşı Mübarizə Fondunun İcraçı Direktoru Vasif Mövsümovla Azərbaycanda korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu ilki fəaliyyətinin nəticələri barədə müsahibəsi.

- Vasif müəllim, siz vaxtaşırı olaraq tədqiqatlar aparırsınız. Azərbaycanda korrupsiyanın vəziyyətini ümumilikdə necə qiymətləndirmək olar?
- Tədqiqatların göstərdiyi kimi, Azərbaycanda əhalinin 50-60%-i problemlərini həll etmək üçün rüşvət verir. Beləliklə, təəssüflər olsun ki, son iki il ərzində ölkədə korrupsiyanın səviyyəsi aşağı düşməyib. Ümumiyyətlə, ölkə əhalisinin əksəriyyəti problemlərinin həllinə, məmur süründürməçiliyi və bürokratiyaya görə rüşvət verirlər. Burada həm vətəndaşın, həm də məmurun günahı var. Birinci, rüşvət vasitəsilə problemini həll edir, ikinci isə onu məcbur edir və pul qazanır. Hər iki tərəf qazanır. Uduzan tərəf isə bünövrəsi dağıdılan dövlət olur. Digər tərəfdən isə, beynəlxalq təcrübədə vaxtaşırı olaraq korrupsiya probleminə əhalinin münasibət bildirməsi və onun səviyyəsini qiymətləndirilməsi üçün sosioloji sorğular aparılır. Bu sorğuların nəticələri əsasında isə konkret ölçülər götürülür.
Oxunub:1241 dəfə | Tarix: 17-12-2008, 17:09 | Kateqoriya: --- Ətraflı...

Ekvadorun prezidenti istefa verməyə hazırdır

Ekvadorun prezidenti istefa verməyə hazırdırEkvadorun prezidenti Rafael Korrea korrupsiyada ittiham olunan qardaşının təqsiri sübut olunarsa istefaya getməyə hazırdır. Korrea bəyan etdi: “Əgər İvanhoe Energy enerji korporasiyası ilə müqaviləyə görə hökumətin təzyiq göstərdiyi və ya təzyiqə məruz qaldığı sübut olunarsa, mən öz taleyimi xalqın əllərinə verəcəyəm”.
Cotundo Minerales-in keçmiş prezidenti Jak Qrinberq prezidentin qardaşı Fabrisio Korreanı İvanhoe Energy-dən şirkətin ona məxsus olan torpaqlarının verilməsi prosesini tezləşdirmək əvəzində rüşvət və hədiyyə almaqda günalandıraraq ona qarşı ittiham qaldırıb.
Oxunub:790 dəfə | Tarix: 16-12-2008, 17:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ölkədə insan hüquqlarının qorunması qarantı ədalətli məhkəmə sistemi olmalıdır

Ölkədə insan hüquqlarının qorunması qarantı ədalətli məhkəmə sistemi olmalıdır Vəkil Aslan İsmayılov
Ötən il ərzində mən vətəndaşlarımızdan müxtəlif bəhanələrlə şəxsi mülklərinin alınması halları ilə tez-tez rastlaşırdım. Baxmayaraq ki, bütün sənədlər onların həmin mülklərin tam hüquqlu sahibi olduqlarını təsdiq edirdi. Daha qorxulu fakt isə odur ki, xüsusi mülkiyyət prinsipinin pozulması Azərbaycanda get-gedə insan hüququnun pozulmasının daha yayılmış növünə çevrilir.
Azərbaycanda hazırki problemin yeganə mümkün həlli var: qanuna riayət etmək. Əfsuslar olsun ki, hazırki Azərbaycanda qanunlara münasibət yüngül xasiyyətli qadınlara qarşı olan münasibət kimidir. Mövcud problemlər çox vaxt vətəndaşlarımızın doğurdan da məhkəməyə kömək üçün müraciət edərək öz qanuni haqqlarını müdafiə edə bilməmələri ilə dərinləşir. Təbiidir ki, belə vəziyyət yolverilməzdir.
Oxunub:1317 dəfə | Tarix: 16-12-2008, 13:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yeni il qabağı qiymətləri artıran satıcılara qarşı reydlər təşkil olunub

Yeni il qabağı qiymətləri artıran satıcılara qarşı reydlər təşkil olunubMinskdə Yeni il ərəfəsində əsassız qiymət artırılması faktlarının meydana çıxmasına görə reydlər təşkil olunub. Mütəxəssislər xırdavat alveri obyektlərini, eləcə də bazarları yoxlayırlar. Bayram günlərində qiymətlərin artırılmasının yolverilməzliyi ilə bağlı bazar başçılarının iştirak etdiyi müşavirənin keçirilməsi planlaşdırılır. Paytaxtda qiymətlərlə bağlı vəziyyət nəzarət altında olacaq. Vergi xidmətinə tapşırılıb ki, meriyaya əsassız qiymət artırılması faktının qarşısını almaqla qiymət siyasətini idarə etməkdə kömək etsinlər.

Oxunub:948 dəfə | Tarix: 13-12-2008, 15:44 | Kateqoriya: Xəbərlər Ətraflı...

İllinoys ştatının qubernatoru həbs edilib

İllinoys ştatının qubernatoru həbs edilibİllinoys ştatının qubernatoru, demokrat Rod Blaqoyeviç həbs edilib. Onu İllinoysdan senat təyin etmə zamanı pul almaq cəhdində günahlandırırlar. ABŞ Konqresinin Senatındakı boş yer prezident seçilən Barak Obamanın olub. Amerika qanunlarına görə, belə halda ştat təmsilçisini təyin etmək hüququ onun qubernatoruna məxsusdur. Obama bu işdə öz iştirakını inkar edir.
Blaqoyeviç 4.5 min dollar girov qoyduqdan sonra müvəqqəti azadlığa buraxılıb. Girovun əsas şərtlərindən biri müttəhimin günahını boynuna alması olub.
Federal Təhqiqat Bürosunun materiallarına əsasən, məhkəmə İllinoys ştatının 51 yaşlı qubernatorunun telefonunu dinləməyə icazə verib. Telefon danışıqlarından məlum olub ki, Blaqoyeviç senator yerini Qeyri-hökumət təşkilatına və ya həmkarlar ittifaqı ilə işləyən təşkilata yüksək pula “satmaq” arzusunda olub. Blaqoyeviç həm də istəyib ki, onun həyat yoldaşının illik gəliri 150 min dollara çatsın.
Oxunub:967 dəfə | Tarix: 11-12-2008, 15:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Keçmiş qlobal maliyyə krizisi qismən tamahkarlıq və korrupsiya ucbatından yaranıb

Keçmiş qlobal maliyyə krizisi qismən tamahkarlıq və korrupsiya ucbatından yaranıbBMT-nin baş katibi Pan Gi Mun qeyd olunan Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü münasibətilə nəşr edilmiş müraciətdə bu fikri bildirib.
“Maliyyə sisteminə inam sarsılıb. Bir çox bankların düzgünlüyü şübhə altına alınıb. Çox insanlar bütün ömürləri boyu yığdıqları pullarından məhrum olublar”, - beynəlxalq cəmiyyətin inzibati başçısının müraciətində bildirilir.
Pan Gi Mun davam etdi ki, “inkişaf etməkdə olan ölkələrdə hər il rüşvət və digər sui-istifadələr nəticəsində həmin ölkələrin səhiyyəsinə, təhsilinə, əhalini içməli su ilə təchizinə və infrastrukturun inkişafına çox lazım olan milyard dollarlar xərclənir.”
Pan Gi Mun qeyd edib ki, korrupsiyaya qarşı fəal mübarizə aparmağı və etik normaların pozulmasına yol verməməyi “təkcə hökumət və maliyyə müəssisələri” etməməlidir. Korrupsiya demokratik sistemi zəiflədir, qanunun aliliyi prinsipini dağıdır və terroristlərə öz cinayətkar fəaliyyətlərini maliyyələşdirməyə imkan verir.”
Oxunub:1086 dəfə | Tarix: 11-12-2008, 13:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

2008-ci ildə hərbi strukurlarda korrupsiyadan gələn zərər

2008-ci ildə hərbi strukurlarda korrupsiyadan gələn zərərRF hərbi xidmətçilərinin törətdiyi korrupsion cinayətlərdən gələn zərər 2.2 milyard rubl təşkil edib. Bu 9 ay ərzində 1400-dən çox cinayət deməkdir. Ötən illə müqayisədə hərbi xidmətçilərin arasında belə cinayətlərin sayı üç dəfə artıb. Bu pul 30-dan çox müasir T-90 tankını almağa yetər.
Hərbi istintaqa görə ən çox korrupsion cinayətlər Silahlı qüvvələrdə qeydiyyatdan keçib – bu praktik olaraq ümumi hesabın dörddə üç hissəsi deməkdir. Cinayətlərin təxminən 12%-i Rusiyanın FHN–in hərbi xidmətçilərində, 8%-i Daxili qoşunlar və 4%-i Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətindədir. 47%-i xidməti vəzifəsindən istifadə edərək törədilən mülkiyyətə qarşı cinayətlər təşkil edir.
Oxunub:913 dəfə | Tarix: 11-12-2008, 12:22 | Kateqoriya: Xəbərlər Ətraflı...