Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Noyabr 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Ermənistanda korrupsiya ilə bağlı cinayətlərin sayı artır

Ermənistanda korrupsiya ilə bağlı cinayətlərin sayı artırBu ilin ilk 9 ayı ərzində Ermənistanın hüquq-mühafizə orqanları korrupsion cinayətlərlə bağlı 174 cinayət işi araşdırıblar. 2007-ci ildə axtarış orqanları cəmi 69 cinayət işi qaldırıblar. Bu 2007-ci ildə məhkəməyə təhvil verilmiş işlərlə birlikdə 120 işdir.
Keçən il ərzində 23 cinayət işi ilə 28 nəfər məhkum edilib. Bu ilin 9 ayı ərzində 57 cinayət işi üzrə 75 adamın ittihamnaməsi məhkəməyə göndərilib, onlardan 57-si vəzifəli şəxslərdir. Cinayətlərin üstünün açılması mexanizminin aktivləşdirilməsi və lazımi prokuror nəzarəti ilə ilin sonunda daha yüksək göstəricilər qeyd ediləcək.
Ötən illə müqayisədə, praktik olaraq respublikanın bütün sahə və icmalarında bu cür cinayət işinin üstünün açılmasına və korrupsiyaya qarşı fəal mübarizə meyli hiss olunur.
Oxunub:966 dəfə | Tarix: 29-11-2008, 15:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ilinoys ştatının qubernatoru öz korrupsioner sələfini müdafiə etdi

Ilinoys ştatının qubernatoru öz korrupsioner sələfini müdafiə etdiIllinoys ştatının qubernatoru Rod Blaqoyeviç öz sələfi Corc Rayanı müdafiə etdi. Blaqoyeviç korrupsiyaya görə həbs edilən Rayana prezident əfv edilməsini Corc Buşdan istəyib.
Illinoys administrasiyasına 1999-2003-cü illərdə rəhbərlik edən Rayan 2006-cı ildə rüşvət və oğurluqda təqsirli bilinib və 6 il yarımlıq həbs cəzasına məhkum edilib. Hazırda keçmiş qubernator İndianada öz cəza müddətini çəkir. Blaqoyeviç çıxış edərək bildirib ki, Rayan artıq öz “səhvlər”inə görə “kifayət qədər” cəzasını çəkib.
2003-cü ildə respublikaçı Rayan qalmaqalla siyasətdən getməli olduqdan sonra, Blaqoyeviç İllinoysda uzun müddətdən sonra ilk demokrat-qubernator oldu.
Oxunub:940 dəfə | Tarix: 29-11-2008, 15:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Italiyalı sürücülər rüşvəti pendirlə verirlər

Italiyalı sürücülər rüşvəti pendirlə verirlər Motsarella pendirinin istehsalı ilə məşhur olan Şampaniya əyalətində İtalyan polisləri sürücülərdən rüşvəti pendirlə alıblar. Keşikçi dəstəsi içində bu məhsul olan furqonu saxlayıb və məcbur ediblər ki, onlara ləzzətli yükün bir hissəsini versinlər. Əks halda sürücüləri böyük cərimə ilə təhdid ediblər.
Ehtimal edilir ki, polislər haqsız yolla əldə edilən pendiri özləri yeyiblər. İtaliyanın DİN-i xəbər verib ki, dörd rüşvətxor zabitini artıq həbs ediblər və beşi də istintaq altındadır.
Oxunub:1189 dəfə | Tarix: 28-11-2008, 16:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

Təkcə inzibati tədbirlərlə Korrupsiyaya qarşı mübarizə aparmaq çox çətindir

Təkcə inzibati tədbirlərlə Korrupsiyaya qarşı mübarizə aparmaq çox çətindirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Korrupsiya sahəsində hazırlanan reytinq sənədlərində verilən qiymətləndirmə Transparency İnternational adlandırılan QHT tərəfindən hazırlanıbdır. Bilirsiniz, QHT-lər çoxdur. Bizim ölkədə QHT-ni iki gün ərzində yaratmaq olar. Bundan sonra reytinqlər açıqlanır, təəssürat və ya maraqlar əsasında ölkələr həmin reytinqdə yer alır. Biz QHT-lərə böyük diqqət yetiririk. Biz ciddi beynəlxalq təşkilatların qiymətləndirmələrinə əhəmiyyət veririk. Bu il Dünya Bankı Doing Business proqramı üzrə Azərbaycanı dünyanın bir nömrəli islahatçı ölkəsi elan etmişdir. Ötən il BMT Dövlət Neft Fondunu şəffaflığa görə mükafatla təltif etmişdir. Beləliklə, qeyri-demokratik cəmiyyətdə bu, mümkün olmazdı. Dünyada bir nömrəli islahatçı olmaq təsadüfən baş vermir. Bu özünü bizim liberal iqtisadiyyatımızda, korrupsiyaya qarşı mübarizəmizdə göstərir. Bu onu göstərir ki, Azərbaycanda biznes qurmaq asandır, korrupsiya mühitində bu, mümkün deyildir. Beləliklə, QHT-lərin qiymətləndirmələri bəzən onların subyektiv fikirlərinə əsaslanır.

Oxunub:848 dəfə | Tarix: 27-11-2008, 17:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Nyu-York konqresmeni qeyri-qanuni vergi imtiyazları yığıb

Nyu-York konqresmeni qeyri-qanuni vergi imtiyazları yığıbAmerikalı konqresmen Çarlz Reyncel onun mülkiyyətində yerləşən Kolumbiya dairəsindəki evə görə qeyri-qanuni vergi imtiyazları alıb.
Siyasətçi-demokrat Konqresdə Nyu-York ştatının dairələrindən birini təmsil edir. Reyncel və onun arvadı Alma uzun illərdir ki, Nyu-Yorkda yaşayırlar. Vaşinqton ətrafında dörd yataq otağı olan ev 1971-ci ildə əldə edilib. 2000-ci ildə Reyncel evi 500 min dollara satıb.
Kolumbiya Federal dairəsində daşınmaz əmlak sahiblərindən vergi tutulması həmin evdə daimi yaşayan amerikalılar üçün təyin edilib. İlkin məlumatlara görə Reyncel ailəsi 5 il ərzində - 1995–2000-ci illərdə vergi alıblar. Pulun məbləği ildə 288 dollara çatıb. Hazırda komissiya Reyncelin başqa illərdə də vergi alıb-almadığını aydınlaşdırmağa çalışır.
Oxunub:920 dəfə | Tarix: 27-11-2008, 17:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

İtaliyada ən nəzakətli oğru həbs edilib

İtaliyada ən nəzakətli oğru həbs edilibİtalyan polislər bir sıra oğurluqda şübhəli bilinən 33 yaşlı Siciliyalı Karmelo Balzarini həbs edib.
Balzari bankları qarət edəndə nəzakətlə klerklərdən ona pul verməsini xahiş edir, həmçinin binadan uşaqların çıxmasını səbrlə gözləyirdi. Polisin verdiyi məlumata görə, o həmişə səliqə ilə geyinib və xidmətçilərlə yumşaq danışıb.
Bir dəfə hətta menecer ona kəskin etiraz edəndə o, bankı qarət etməmişdi. Və bir dəfə o, gözləmişdi ki, kiçik uşaqlı qadın binanı tərk etsin, sonra təəssüflə işçiyə bildirmişdi ki, o, bankı qarət etməlidir.
Oxunub:893 dəfə | Tarix: 26-11-2008, 18:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Siemens konsernində korrupsiya işi ilə bağlı ittiham irəli sürülüb

Siemens konsernində korrupsiya işi ilə bağlı ittiham irəli sürülübNürnberqdə əyalət məhkəməsi Siemens konserni idarəsinin keçmiş üzvü, İohannes Feldmayeri şərti olaraq 2 il azadlıqdan məhrum etməyə və 28800 evro miqdarında pul cəriməsinə məhkum edib. Məhkəmə onu alternativ həmkarlar ittifaqının sədri Vilhelm Şelskiyə rüşvət vermədə günahlandırıb.Şelski korrupsiyada günahkar bilinib və 4 il 6 ay azadlıqdan məhrum edilməyə məhkum edilib.
Oxunub:854 dəfə | Tarix: 25-11-2008, 18:27 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yuşenko hökuməti torpaq oğurluğunda günahlandırdı

Yuşenko hökuməti torpaq oğurluğunda günahlandırdıUkraynanın Prezidenti Viktor Yuşenko bəyan edib ki, kənd təsərrüfatı üçün təyin olunmuş 31 milyon hektar torpaqdan 5 milyon hektar “artıq oğurlanıb və hökumətin köməkliyi ilə satılır”.
Onun sözlərinə görə, hüquq mühafizə orqanlarının torpaq sahəsində heç olmasa bircə cinayət işini sona çatdırmağa “cəsarəti yoxdur”. “Siz işdə tamamilə zəiflik və acizlik nümayiş etdirdiniz, - o, dedi. Siz bilmirsiniz nə edəsiniz – oğurlamaq və mühafizə etmək, yoxsa mühafizə edib sonra oğurlamaq.”
Prezident bəyan edib ki, nəticədə torpaq oğurluğu ilə əlaqədar olan müəyyən vəzifəli adamlar işlərindən azad oluna bilərlər.
Oxunub:1002 dəfə | Tarix: 24-11-2008, 18:31 | Kateqoriya: Xəbərlər Ətraflı...

Massaçusets senatının üzvü rüşvətdə ittiham olunduğuna görə istefa verib

Massaçusets senatının üzvü rüşvətdə ittiham olunduğuna görə istefa veribAmerikanın Massaçusets ştatının senatının üzvü Diana Vilkerson vaxtından qabaq istefası haqqında bəyan edib. Vilkersona qarşı rəsmi olaraq rüşvət alma ittihamı qaldırılıb.
Demokrat Vilkerson 1993-cü ildən ştatın senatındadır, lakin o, 2008-ci ildə yenidən seçilə bilmədi. Onun iş müddəti yanvarda qurtarır, lakin senatın sədri Tereza Mürrey ittihamla əlaqədar olaraq vaxtından əvvəl istefa tələb etdi. Mürrey Vilkersonun qəbul etdiyi qərarı dəstəklədi: “Onun istefası ilə senat intensiv işini davam etdirəcək və biz cəmiyyətin inamını əldə etməyə çalışacayıq.”
Vilkerson oktyabrda həbs edildi və zəmanətlə azadlığa buraxıldı. Federal Axtarış Bürosu onun rüşvət aldığı anda şəklini çəkə bilib.
Oxunub:888 dəfə | Tarix: 24-11-2008, 18:15 | Kateqoriya: Xəbərlər Ətraflı...

Müdafiə Nazirliyindəki korrupsiya Rusiyaya böyük zərbə vurur

Müdafiə Nazirliyindəki korrupsiya Rusiyaya böyük zərbə vururRusiya qoşun başçılarının ticarət fəaliyyətləri və bununla əlaqədar olan nepotizm ölkənin hərbi prokurorluğunu narahat edir. Rusiyanın Baş Hərbi Prokuroru bəyan edib: “Daha çox yaxın qohumları ticarət fəaliyyəti ilə məşğul olanların rəhbər vəzifələrə təyin etmə faktları geniş yayılıb. Və onlar özləri pulları yumaq üçün yaradılmış strukturlara rəhbərlik edirlər.” Dövlətdən pul qoparmaq mexanizmi getdikcə mükəmməlləşir.
Ümumiyyətlə, baş hərbi prokurorluğun məlumatına görə, bu ilin əvvəlində korrupsiyaya görə dövlətin generaliteti 1.6 milyard rubl (60 milyard dollar) pul itirib. Bu 2007-ci ildəkindən 3.5 dəfə çoxdur. “Dövlətə dəyən ziyanın məbləği Rusiyanın FHN-in orqan və idarələrində 15 dəfə, DİN-in daxili qoşunlarında 8.5 dəfə, Müdafiə Nazirliyində 3.4 dəfə artıb”,- müəssisə rəhbəri qeyd edib. Onun sözlərinə görə ilin əvvəlində 290 zabit cinayət məsuliyyətinə cəlb olunublar.


Oxunub:966 dəfə | Tarix: 24-11-2008, 15:53 | Kateqoriya: Xəbərlər Ətraflı...