Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Oktyabr 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

İndoneziya mərkəzi bankının keçmiş başçısı rüşvətxorluğa görə 5 il həbs cəzası alıb

İndoneziya mərkəzi bankının keçmiş başçısı rüşvətxorluğa görə 5 il həbs cəzası alıbÖlkənin mərkəzi bankının keçmiş rəhbəri Burhanuddin Abdulla İndoneziyanın antikorrupsion məhkəməsi tərəfindən rüşvətxorluğa görə 5 illik həbs cəzasına məhkum edilib. Məhkəmə həmçinin Abdullanı 250 milyon rupi (22.5 min dollar) cərimə edib. Qeyd etməliyik ki, İndoneziya Transparency İnternational-ın reytinqində 126-cı yeri tutur. Abdulla 10 aprel 2008-ci ildə həbs olunub və dövlət fondlarını tam istifadə etməməkdə ittiham olunub. İndoneziya Mərkəzi Bankının keçmiş rəhbəri ittihamı inkar edir və çıxarılmış məhkəmə qərarını mübahisə edəcəyini xəbər verib. Burhanuddin Abdulla 2003-cü ilin mayından İndoneziya Mərkəzi Bankının rəhbəri seçilmişdi. Onun səlahiyyətləri 2008-ci il mayın 17-də qurtarıb.
Oxunub:1079 dəfə | Tarix: 31-10-2008, 14:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Saakaşvilinin ucbatından ölkədə demokratiya yoxdur

Saakaşvilinin ucbatından ölkədə demokratiya yoxdur  2001-ci ildən 2008-ci il may ayına qədər parlamentə başçılıq edən və uzun müddət ərzində prezidentin tərəfdarı olan Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze Gürcüstan prezidenti Mixail Saakaşviliyə qarşı kəskin tənqidlə çıxış etdi. Keçmiş spikerin sözlərinə görə uduzulmuş müharibəyə ölkə rəhbərinin cavabı çox ədəbsiz, təbliğat xarakterli olub. Hakimiyyəti saxlamaq məqsədilə KİV və biznes üzərində görünməmiş idarə tətbiq edilib.
Burcanadze hesab edir ki, ölkənin ali qanunverici orqanı hüquqsuzdur. Məhkəmə icraedici orqanın göstərişlərindən asılıdır. Real demokratiyanın olmaması ölkəni düşmənin qarşısında daha da aciz edir.
Oxunub:1071 dəfə | Tarix: 30-10-2008, 15:04 | Kateqoriya: Xəbərlər Ətraflı...

27 polşalı deputat iclasa getmədiyinə görə məhkəməyə düşə bilər

27 polşalı deputat iclasa getmədiyinə görə məhkəməyə düşə bilər Donald Tuska hökumətinin qəzəbli opponenti olan əkiz qardaşlar Lex və Yaroslav Kaçinskinin “Qanun və ədalət” partiyası Polşa parlamentinin aşağı palatası olan seymdəki nümayəndələrinin çoxundan məhrum ola bilər. Ötən həftənin sonunda Polşa prokurorluğu həmin partiyanın parlament nümayəndələrinin 27 üzvünün işinin müzakirəsinə başlayıb. Onlar Cinayət Məcəlləsinin 2 maddəsi - qazanc əldə etmək məqsədilə dövlət məmurunun yalançı şahidliyi və fırıldaqçılıq cəhdinə görə cinayət törətməkdə şübhəli bilinirlər.
Cinayətin icrasında şübhəli bilinənlərin arasında prezident Yaroslav Kaçinskinin qardaşı, keçmiş ədliyyə naziri və ölkənin baş prokuroru Zbiqnev Zebro, DİN-in keçmiş müavini Pavel Koval da var. Onlar və 24 nəfər partiya yoldaşları 300 zlot (təxminən 100 dollar) qazanc əldə etmək məqsədilə seym rəhbərliyini aldatma cəhdində şübhəli biliniblər.
Oxunub:1146 dəfə | Tarix: 28-10-2008, 19:35 | Kateqoriya: Xəbərlər Ətraflı...

Nepalın keçmiş kralına elektrik istifadəsinə görə milyonluq hesab təqdim ediblər

Nepalın keçmiş kralına elektrik istifadəsinə görə milyonluq hesab təqdim ediblərNepalın keçmiş kralı Gyanendra elektrikə görə milyonlarla dollar borclu qalıb. Ölkəni elektriklə təmin edən Nepal Electricity Authority şirkətinin direktoru bildirib ki, keçmiş krala hesabı ödəmək üçün 15 gün vaxt verilib.
Xəbər verilib ki, hesaba Gyanendraya və ailəsinə məxsus olan 22 binanın elektrikləşdirilməsinin hesabı da daxildir. Agentliyin məlumatına görə Gyanendra 2005-ci ildən bəri elektrik pulunu ödəməyib. Kraldan pulu ödəməsini ilk dəfə hələ yazda tələb ediblər.
Oxunub:824 dəfə | Tarix: 28-10-2008, 19:30 | Kateqoriya: Xəbərlər Ətraflı...

Polşa futbolunda növbəti korrupsiya qalmaqalı

Polşa futbolunda növbəti korrupsiya qalmaqalı Polşa yığmasının keçmiş məşqçisi Yanuş Voyçik futbolda korrupsiya araşdırması ilə əlaqədar olaraq polis tərəfindən həbs olunub. Bu Ukrayna ilə birlikdə 2012-ci ildə futbol üzrə Avropa çempionatı keçirəcək ölkənin imicinə növbəti zərbə oldu.
Y. Voyçik Varşavada öz evində tutulub. 1989-cu ildə Y. Voyçik Polşa Olimpiya yığmasına başçılıq edib və onu 1992-ci ildə gümüş medala gətirib çıxarıb. O, 1997-ci ildən 1999-cu ilə kimi milli yığmanın baş məşqçisi vəzifəsində çalışıb. Son illərdə Y. Voyçik siyasi fəaliyyətlə məşğul olurdu: 2005-2007-ci illərdə o, Polşa seyminin üzvü olub.
Keçmiş məşqçi sorğu olunacağı Vroçlav şəhərinə göndəriləcək. Gözlənilir ki, Y. Voyçikə 11-ci maddəyə əsasən ittiham qaldırılacaq. Lakin, keçmiş məşqçinin nədə şübhələnildiyi hələ dəqiq deyil.
Oxunub:854 dəfə | Tarix: 28-10-2008, 19:24 | Kateqoriya: Xəbərlər Ətraflı...

Lukaşenko Qərbi korrupsiyada günahlandırıb

Lukaşenko Qərbi korrupsiyada günahlandırıbDünyada maliyyə böhranının səbəblərindən biri Qərb ölkələrinin rəhbərlərinin korrupsiyalaşmasıdır. Bu nəticəyə Belarusiyanın prezidenti Aleksandr Lukaşenko gəlib və ölkəni bu bəladan qorumağa çağırıb.
“Hazırki maliyyə böhranının əsası Qərb ölkələrinin yüksək hökumət nümayəndələrini dağıdan irihəcmli dünya korrupsiyasından ibarətdir. Mən Nümayəndələr Palatasının deputatlarına və Respublika Şurası özvlərinə minnətdaram ki, onlar mənim korrupsiyaya qarşı mübarizədə amansız mövqeyimi dəstəklədilər.”
Oxunub:837 dəfə | Tarix: 25-10-2008, 08:27 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çinlilər öz məmurlarını ölüm cəzasına məhkum etməyə davam edirlər

Çinlilər öz məmurlarını ölüm cəzasına məhkum etməyə davam edirlərSəbəb birdir- rüşvətxorluq
Şərqi Çin vilayəti Çeyansunun Suçjou şəhərinin merinin keçmiş müavini Çi Jençze təqribən 100 milyon yuan (15 milyon dollar) məbləğində rüşvət aldığına görə ölüm cəzasına məhkum edilib. Məmur şəhər tikintisinə, nəqliyyata cavabdeh idi, sürətli şosselərin tikintisinə rəhbərlik edirdi, Suçjou İnvestisiya Şirkətinin şəhər tikintisinin direktorlar şurasının sədri idi.
Bundan başqa Milli nümayəndələrin Ümumçin toplantısının Daimi Komitəsinin maliyyə-iqtisadi komitəsinin sədr müavini Çju Çjiqanın istintaq işi başlanıb. Onu həmçinin korrupsiya və vəzifəsində sui-istifadədə günahlandırırlar.
Oxunub:811 dəfə | Tarix: 25-10-2008, 08:24 | Kateqoriya: Xəbərlər Ətraflı...

Kaliforniya Respublikaçılarının baş qeydiyyatçısı saxtakarlıqda şübhəli bilinib

Kaliforniya Respublikaçılarının baş qeydiyyatçısı saxtakarlıqda şübhəli bilinib Kaliforniya ştatında seçici –respublikaçıların qeydiyyatı ilə məşğul olan şirkət başçısını fırıldaqçılıq şübhələrinə görə həbsə salıblar.
Mark Antoni Ceykob öz qeydiyyat anketində uşaqlıqda yaşadığı Kaliforniyadakı ev ünvanını qeyd edib. Jeykob indi başqa ştatda yaşayır. Lakin YPM (Young Political Majors) şirkətinin Kaliforniyalı respublikaçıları üçün seçici qeydiyyatına hüquq qazanmağa görə o, həmin ştatın sakini olmalıdır. Seçici anketində yalnış məlumatın verilməsi fırıldaqçılıq hesab olunur. Kaliforniya Respublikaçılar partiyası hər qeydiyyatdan keçən seçici üçün YPM –a 7 dollardan 12 dollara kimi pul ödəyib.
Oxunub:869 dəfə | Tarix: 23-10-2008, 16:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rumıniya milli polisinin başçısını israfçılığa görə istefaya göndəriblər

Rumıniya milli polisinin başçısını israfçılığa görə istefaya göndəriblər  Rumıniya milli polisinin başçısı George Popanı dövlət vəsaitlərini bahalı maşınların alınmasına xərclədiyinə görə istefaya göndəriblər. Rumıniyanın Daxili İşlər Naziri bəyan edib ki, bu il o, hər biri 78 min dollar olan 392 Dacia Logan markalı avtomobil aldığına görə Milli Polis şöbəsinin müqaviləsini ləğv edib. DİN-in başçısının sözlərinə görə avtomobillərin qiyməti çox şişirdilmişdir və onların alınması barədə müqavilə özü dövlət vəsaitlərindən sui-istifadədir. Qonşu Bolqarıstan və İtaliyada belə avtomobillərin qiymətləri Milli Polisin başçısının əldə etmək istədiyi məbləğdən xeyli aşağıdır. Rumıniyanın baş naziri Kelin Popesku-Teruçanu artıq Milli Polisin rəhbərinin istefasını qəbul edib.
Oxunub:1095 dəfə | Tarix: 22-10-2008, 17:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yuşenkanın katibliyi məmurları silah alveri ilə əlaqəsini yoxlamaq istəyir

Yuşenkanın katibliyi məmurları silah alveri ilə əlaqəsini yoxlamaq istəyir Ukrayna prezidentinin katibliyi Ukrayna Təhlükəsizlik xidməti və Baş Prokurorluqdan Somali dəniz quldurları tərəfindən tutulan tank və digər silah daşıyan “Faina” gəmisinə məxsus şirkətdə məmur korrupsiyası barədə yaranan məlumatı yoxlamağı xahiş edib.
Son zamanlarda Ukrayna və xarici KİV, “Faina”gəmi sahibinin şirkətlə - Ukrayna Nəqliyyat və Rabitə Nazirinin müavini İqor Urbanski ilə mümkün əlaqəsi barədə məlumat əldə edib. Prezitentin katibliyi Ukrayna Təhkükəsizlik xidmətinə və Baş Prokurorluğa əldə olunan KİV faktlarını yoxlamaq xahişi ilə müraciət edib. Bu hökumət məmurlarının korrupsiya ilə əlaqələrini sübut edə bilər.
Oxunub:1059 dəfə | Tarix: 22-10-2008, 15:38 | Kateqoriya: Xəbərlər Ətraflı...