Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Sentyabr 2008    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Korrupsiya reytinqində Rusiyanın mövqeyi getdikcə pisləşir

Korrupsiya reytinqində Rusiyanın mövqeyi getdikcə pisləşir Son səkkiz ildə Rusiyada korrupsiya ən yüksək nəticə göstərib. Bu xəbər Beynəlxalq Hüquqmüdafiə Təşkilatı, Transparency İnternational-ın illik məlumatında verilib.
Transparency İnternational korrupsiya səviyyəsinə görə Rusiyanı Banqladeş, Keniya və Suriya ilə birlikdə 180 yerdən 147-ci yerə yerləşdirib. Bu keçən illə müqayisədə 3 yer aşağıdır. Rusiyadan sonra Qazaxıstan, Tacikistan, Belarusiya, Laos və Papua –Yeni Qvineya gəlir. “MDB ölkələrindən yalnız Gürcüstan irəliləyiş nümayiş etdirib. Eyni zamanda Rusiya və Ukaynanın reytinqi getdikcə aşağı düşür”, - məruzədə qeyd edilib.
Oxunub:949 dəfə | Tarix: 27-09-2008, 18:29 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan 2008-ci ildə dünyada iqtisadi azadlıq reytinqi üzrə 118-ci yeri tutub

Azərbaycan 2008-ci ildə dünyada iqtisadi azadlıq reytinqi üzrə 118-ci yeri tutub Cato İnstitute tədqiqat institutu 2008-ci il üçün dünyada iqtisadi azadlıq reytinqini dərc edib (Economic Freedom of the World 2008). Reytinqdə 141 ölkə yer tutub.
Reytinqin ilk onluğuna Honq-Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, Böyük Britaniya, Çili, Kanada, ABŞ, Avstraliya və İrlandiya daxil ediliblər. Reytinqdə Azərbaycan 118-ci yeri tutub. Rusiya 101-ci, Ukrayna 121-ci, Qazaxıstan 42-ci, Gürcüstan 39-cu, Ermənistan isə 67-ci yerləri tutublar. Reytinqə görə iqtisadi azadlığa görə ən pis vəziyyət Zimbabvedədir (141-ci yer). Qeyd edək ki, Cato İnstitute ilk dəfə 1996-cı ildə dünyada iqtisadi azadlıq reytinqini tərtib etməyə başlayıb. Reytinqin tərtibində siyasət, iqtisadiyyat və hüquq sahəsində dünyada aparıcı mütəxəssislər iştirak ediblər. Qeyd edək ki, Azərbaycan 2007-ci ildə dünyada iqtisadi azadlıq reytinqində 122-ci yeri tutmuşdu.
Oxunub:951 dəfə | Tarix: 26-09-2008, 18:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

Amerikalı məmuru Pamela Andersonu sevdiyinə görə işdən azad ediblər

Amerikalı məmuru Pamela Andersonu sevdiyinə görə işdən azad ediblər Kaliforniyanın Çula Vista şəhərinin idarə rəisi Devid Qarsiyanı iş yerində modellərin və aktrisaların, həmçinin Pamela Andersonun şəkillərinə baxdığına görə işdən azad etmə ödənişi etmədən işdən çıxarıblar. Şəhər soveti şəhərlilərin mənafeyinə görə Qarsiyanı işdən çıxarmağı qərara alıb.
Qarsiyanın işdə Pamela Andersonun şəkillərinə baxması haqqında məlumatı Çula Vistanın merinə Şəhər idarəsinin işçiləri xəbər veriblər. Bu şikayətlərdən sonra 2008-ci ilin mayında Qarsiyaya xəbərdarlıq edildi. Məmurun vəkilləri israr edirlər ki, töhmətdən sonra Qarsiya “ona töhmət veriləcək və ya onun faydalılığını şübhə altına alacaq heç bir hərəkətinə cavabdeh deyil”.
Oxunub:913 dəfə | Tarix: 26-09-2008, 18:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusiyada rüşvətxorluq: hər üçüncü rusiyalı və hər ikinci moskvalı rüşvət verir

Rusiyada rüşvətxorluq: hər üçüncü rusiyalı və hər ikinci moskvalı rüşvət verir Moskva Rusiyanın ən korrupsiyalaşmış ərazisi hesab edilir və buna görə hər üçüncü rusiyalı rüşvət verməli olur. Ölkənin müxtəlif ərazilərində “İctimai fikir” Fondu tərəfindən aparılan iri miqyaslı korrupsiya tədqiqatının ilkin nəticələri belədir. Rusiya ərazilərində korrupsiya səviyyəsinin iri miqyaslı tədqiqi Prezident Dmitri Medvedevin təşəbbüsü ilə aparılmışdır. O, dövlət başçısı kimi korrupsiyaya qarşı mübarizəni öz başlıca vəzifələrindən biri olduğunu bildirib.
Ölkədə korrupsiya səviyyəsinin müəyyənləşdirilməsi üzrə sosioloji sorğu bu ilin iyulundan aparılır. Sorğuda ölkənin 1920 yaşayış məntəqəsində 68 ərazisinin 34 min respondenti iştirak edib. Bununla bərabər, hər regionda 500-ə qədər respondent dindirilib. Araşdırmanın nəticələrinə görə, 29% sorğulananlar – praktik olaraq hər üç rusiyalıdan biri, rüşvət verməli olublar. Heç vaxt rüşvət verməyənlərin təxminən yarısı (44%) korrupsiya üçün şərait yaradır. Korrupsiya ilə ən çox sahibkarlar üzləşirlər: onların 56% -i boynuna aldı ki, rüşvət verirlər.
Oxunub:1240 dəfə | Tarix: 24-09-2008, 18:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan korrupsiya səviyyəsinə görə keçmiş SSR ölkələri arasında dördüncü yeri...

Azərbaycan korrupsiya səviyyəsinə görə keçmiş SSR ölkələri arasında dördüncü yeri... Beynəlxalq antikorrupsion təşkilat olan “Transparency İnternational” 180 ölkə arasında korrupsiyalaşma səviyyələrinə görə ölkələrin reytinqini çap etdirib.
Azərbaycan 1.9 indeks ilə 158-ci yeri tutur və bu MDB və Baltikyanı dövlətlər arasında mənfi göstərici ilə dördüncü yerdədir.
Azərbaycandan da pis göstərici verən Özbəkistan, Türkmənistan və Qırğızıstan olub. Bu ölkələrin indeksi 1.8 təşkil edir.
Keçmiş Sovet ölkələri arasında ən yaxşı indeks -6.6, Estoniyada olub. Qalan respublikalar aşağıdakı formada sıralanıb:
Oxunub:867 dəfə | Tarix: 24-09-2008, 17:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yaponiyalı nazir zəhərli çəltiyə görə istefa verdi

Yaponiyalı nazir zəhərli çəltiyə görə istefa verdi Yaponiyanın Kənd təsərrüfatı naziri, hələ avqustda işə başlayan Seyiçi Ota sentyabrın 19-da keyfiyyətsiz çəltiklə əlaqədar qalmaqala görə istefa verib. İstefa artıq Yaponiyanın baş naziri Yasuo Fukuda tərəfindən qəbul olunub. Qalmaqal hələ 2007-ci ilin yanvarında başlayıb. Aydın oldu ki, Osakada əsas şirkət olan Mikasa Foods Çindən və Vyetnamdan idxal olunan ilk olaraq yalnız sənaye istehsalı, qida məhsulları istehsalçıları üçün təyin olunmuş pestisid və plesen xəstəliyi olan çəltik satıb. Zərərli çəltiyin hamısını pivə zavodu, həmçinin qida inqrediyentləri və qənnadı malları istehsalı ilə məşğul olan firmalar da daxil olmaqla 300–dən çox şirkət alıb. Yoxlama göstərib ki, zəhərli çəltikdən düzəldilən məhsulların nəticəsində hər şeydən əlavə xəstəxanadakı xəstələri və qocalar evlərini, həmçinin məktəbliləri yediriblər.
Oxunub:830 dəfə | Tarix: 23-09-2008, 17:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Misirli hakim ev ulağını həbsə saldı

Misirli hakim ev ulağını həbsə saldı Misirli hakim taxıl oğurladığına görə ulağı həbs cəzasına məhkum edib. Nil aqrar institutunun direktoru polisə bəyənatla bildirib ki, instituta məxsus ərazidən tez-tez taxıl itməyə başlayıb. Polis araşdırma aparıb və sahədə yerli sakinlə bərabər bir ulaq tutub.
Yerli hakim işin vəziyyətinə baxaraq heyvanın sahibini 50 Misir funtu (9 ABŞ dolları) ilə cərimə edib. Ulaq bir sutka həbs cəzasına məhkum edilib. Heyvanın adı məlum deyil.
Oxunub:1682 dəfə | Tarix: 23-09-2008, 17:02 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dövlət gəlirləri və xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsi dövlət qurumlarına...

Dövlət gəlirləri və xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsi dövlət qurumlarına... Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri RAMİZ MEHDİYEV
Şəffaflıq iqtisadi artımın, sosial rifahın yüksəldilməsi, ictimai etimadın artırılması, modern və çevik idarəetmənin mühüm vasitələrindən biridir. Şəffaflıq bu məqsədlərə nail olmaqla yanaşı, həm də bütün cəmiyyətləri narahat edən korrupsiyaya qarşı mübarizə üçün qaçılmaz seçimdir. Qanunun aliliyinin təmin olunduğu, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyətin qurulması korrupsiyaya qarşı mübarizəni və yüksək səviyyədə şəffaflığın təmin edilməsini şərtləndirir. Azərbaycanın müasirləşdirilməsinə uyğun istiqamətlər azad bazar münasibətlərinə əsaslanan sosial yönümlü iqtisadiyyatın, açıq vətəndaş cəmiyyətinin və demokratik dövlət təsisatlarının gücləndirilməsidir. Ölkəmizdə həyata keçirilən islahatların uğuru, ilk növbədə, korrupsiyaya qarşı ardıcıl və səmərəli mübarizədən asılıdır.
Oxunub:1062 dəfə | Tarix: 23-09-2008, 16:51 | Kateqoriya: Xəbərlər Ətraflı...

Deputat köməkçisi hərbi komissara rüşvət vermək üstündə həbs olunub

Deputat köməkçisi hərbi komissara rüşvət vermək üstündə həbs olunub Moskvada dövlət dumasının deputat köməkçisi hərbi komissarlığın əməkdaşına rüşvət vermə cəhdi üstündə tutulub. Hansı deputatın köməkçisinin tutulduğu dəqiq deyil. Deputat köməkçisi hərbi komissarlığın sədrinə saxta hərbi bilet faktının gizlədilməsinə görə, həmçinin yeni hərbi bilet və xarici bilet vermək üçün vacib olan forma N32 dövlət arayışı almaq cəhdinə görə 5 min evro civarında rüşvət vermə zamanı tutulub.
Kişi hərbi komissarlığa açıq-aydın gəncin saxta hərbi biletini təqdim edərək tanışının xaricdə yaşayan oğluna belə arayışı təqdim etmə xahişi ilə müraciət edib. Problemi həll etməyə görə deputat köməkçisi Hərbi komissarlığın şöbə rəisinə 5 min evro təklif edib. Lakin rəis ona edilən təklifi ölkənin iqtisadi cinayətlərə qarşı mübarizə şöbəsinə xəbər verib.
Oxunub:980 dəfə | Tarix: 23-09-2008, 16:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

BAKIDA “ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN...

BAKIDA “ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ NƏZARƏTİN... Bakıda “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət planının icrasını dəstəkləmək məqsədi ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirildi. Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının təşkilatçılığı ilə keçirilən konfransda 10-dan artıq ölkənin və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Oxunub:916 dəfə | Tarix: 23-09-2008, 16:27 | Kateqoriya: Xəbərlər Ətraflı...