Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Avqust 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Moskvada polis 300 min dollar rüşvət almaq üstündə tutulub

Moskvada polis 300 min dollar rüşvət almaq üstündə tutulub Rusiya DİN-in xüsusi işlər üzrə cinayət axtarış şöbəsinin baş məmuru, Dmitri Luzgin 300 min dollar rüşvət almaq üstündə Moskvada həbs olunub. RF prokurorluğunun istintaq komitəsindən verilən məlumata görə, polis əməkdaşı dövlət orqanlarında iki ticarət firmasının maliyyə-təsərrüfat fəaliyyətinə dair dəlillər təqdim etmək barədə suallar verib və bu üsulla Moskvadakı ofis binalarından birinin tikintisini dayandırmağa təşəbbüs göstərib. Sonra polis işçisi firmaların birinin rəhbərliyindən yoxlamanı və tikintinin yenidən başlanmasını dayandırmaq, həmçinin materialları istintaq orqanlarında yoxlanmağa göndərməməyə görə dəfələrlə 400 min dollar civarında rüşvət tələb edib. O, 300 min ABŞ dollarını alanda tutulub.
Onun haqqında istintaq orqanları tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 290-cı maddəsinin 4-cü bəndinə əsasən cinayət işi açılıb (iri həcmdə rüşvət alma). Artıq Luzginə qarşı ittiham qaldırılıb, məhkəmə onun barədə həbs etmə şəklində ehtiyat tədbirləri görüb.
Oxunub:921 dəfə | Tarix: 26-08-2008, 17:32 | Kateqoriya: Xəbərlər Ətraflı...

Exud Olmert yenidən sorğu-sual edildi

Exud Olmert yenidən sorğu-sual edildi İsrail polisi baş nazir Exud Olmertin korrupsiya şübhələri ilə bağlı növbəti istintaqını etdi. Müstəntiqlər hökumətin baş ofisində üç saatdan çox vaxt keçiriblər. Görüş, beş baxılan işdən 2 epizoda həsr olunmalı idi: – ailəsi ilə birlikdə xaricə şəxsi səfərə getmək üçün Amerikalı biznesmen Morris Talanskidən pul məbləğinin alınmasına və digər biznesmen, Olmertin keçmiş şəriki Uri Messeruyə hüquqi fəaliyyətində himayə göstərmə ehtimalına. Müstəntiq polislər sentyabrın əvvəlində işə davamlı inkişaf verməyə dair öz məsləhətlərini hökumət prokuroruna təqdim etmək niyyətindədirlər. Avqustun əvvəlində Olmert elan etdi ki, o, “Kadima” aparıcı partiyasında ikinci dəfə lider postuna seçilmək niyyətində deyil və o öz partiya davamçısına yeni hökumət formalaşdırmağa imkan verəcək. “Kadima”da praymeriz qabaqcadan 17 sentyabra təyin olunub. Bundan əlavə, yeni lider Nazirlər kabinetinin formalaşdırılması üzrə koalisiyanı idarə edən şəriklərlə yenidən danışıqlar aparmalı olacaq. Buna görə, yəqin ki, Olmert daha bir neçə həftə Baş nazir kreslosunda yubanacaq.
Oxunub:890 dəfə | Tarix: 25-08-2008, 17:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dünyanın ən varlı monarxı Tayland kralı Pumipon Adulyadət IX Rama hesab olunub

Dünyanın ən varlı monarxı Tayland kralı Pumipon Adulyadət IX Rama hesab olunub Tayland monarxı Pumipon Adulyadət IX Rama Amerikan jurnalı “Forbes”də nəşr olunmuş dünyanın ən varlı monarxları siyahısında birinci yeri tutub. Onun var-dövləti 35 milyard dollarla qiymətləndirilir.
Səksən yaşlı kral artıq 62 ildir ki, hakimiyyətdədir. Bu da həmçinin özünəməxsus rekorddur. Doğrudur, Tayland rəhbəri gəlirinin şəffaflığı hesabına reytinqdə digər monarxları qabaqlayıb. Forbes saytı xəbər verir.
Reytinqin növbəti sətirlərini Fars boğazı və Yaxın şərq ölkələrinin neft dövlətlərinin şeyxləri tutur. Bunlar Abu-Dabi əmirliyinin vəliəhdi şeyx Xəlifə ibn Zayed əl-Nahyan (23 milyard dollar), Səudiyyə kralı Abdulla (21 milyard), Dubay əmirliyinin şeyxi Məhəmməd ibn Rəşid əl –Məktumdur (18 milyard). Əl Məktumun üstündəki sətiri Bruney sultanı Hac Həssənal Bolkiax (20milyard) tutur.
Oxunub:1061 dəfə | Tarix: 25-08-2008, 17:26 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusların əksəriyyəti ölkədəki korrupsiyanı məğlubedilməz adlandırıb

Rusların əksəriyyəti ölkədəki korrupsiyanı məğlubedilməz adlandırıb Sosioloqların apardıqları araşdırmalara görə, ruslar hələ də hesab edirlər ki, Rusiyada mövcud korrupsiya güclüdür. Soruşulanların 45%-i bildirib ki, son 1-2 il ərzində Rusiyanın vəzifəli şəxslərinin arasında korrupsiya artıb. Sorğuda iştirak edənlərin 7%-i isə əksinə, korrupsiyanın azalmasına əmindir, 33%-i dəyişikliklər müşahidə edilmədiyini söyləyib, digərləri bu suala cavab verməkdə çətinlik çəkiblər. “İctimai rəy” Fondunun (İRF) RF-nın 44 subyektində 1500 respondent arasında keçirdiyi sorğunun nəticələri belədir.
“Hansı vəzifəli şəxslər rüşvət alırlar” sualına rusların 16%-i söyləyib ki, məmurların hamısı korrupsiyaya uğrayıb, 46%-i bildirib ki, onların əksəriyyəti korrupsionerdir, 22%-i güman edir ki, məmur aparatının yarısı rüşvət alır. Tək 5% cavab verib ki, rüşvət alan məmurların sayı azdır.
Oxunub:1055 dəfə | Tarix: 25-08-2008, 17:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Erməni şəhəri Gümrü meriyasının əməkdaşı rüşvət almaq üstündə tutulub

Erməni şəhəri Gümrü meriyasının əməkdaşı rüşvət almaq üstündə tutulub Gümrü şəhər meriyasının Müvəqqəti sığınacaq xidməti şöbəsinin müstəntiqi R. Azatyan zor yolu ilə rüşvət almaq üstündə tutulub. İstintaqın məlumatına görə Azatyan Ovit kəndinin sakinindən Gümrüdəki ona məxsus evin qeydiyyat və nömrələnməsinə görə rüşvət tələb edib. Azatyan 35 min dram (110 dollardan çox) civarında pul alarkən tutulub.
Azatyana Ermənistanın Şirak vilayətində xidməti vəzifəsindən sui-istifadə və zor tətbiq etmək hədəsilə rüşvət alma faktı ilə bağlı Cinayət Məcələsinin 311-ci maddəsinin 3-cü hissəsinin I bəndinə görə cinayət işi açılıb (Zor tətbiq etmə ilə rüşvət alma, cəza müddəti 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə). İlkin istintaq davam edir.
Oxunub:1006 dəfə | Tarix: 25-08-2008, 17:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Braziliyada qohumları hər hansı dövlət işlərinə işə düzəltmək qadağan olunub

Braziliyada qohumları hər hansı dövlət işlərinə işə düzəltmək qadağan olunub Braziliyanın federal ali məhkəməsi dövlət hakimiyyəti orqanlarında olan istənilən vəzifədə (nepotizmi) qohumpərəstliyi qadağan edən qərar çıxarıblar.
Bundan sonra qanunverici, icraedici və məhkəmə hakimiyyəti vəzifələrinin federaldan bələdiyyəyə qədər olan bütün səviyyələrində qohumları işə düzəltmək qadağan olunub.
Söhbət o yerlərdən gedir ki, işləmək üçün xüsusi imtahan keçmək tələb olunmur və bu, Braziliyanın rifahı üçün dövlət orqanlarında qohumları ilə bir yerdə çalışanlara aiddir.
Oxunub:1147 dəfə | Tarix: 22-08-2008, 18:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Banqladeşin keçmiş baş nazirini yenidən fırıldaqçılıqda günahlandırdılar

Banqladeşin keçmiş baş nazirini yenidən fırıldaqçılıqda günahlandırdılar Banqladeş prokurorluğu ölkənin köhnə baş naziri Şeyx Hasinə qarşı Rusiyadan qırıcı təyyarə aldığına görə ittiham qaldırıb. Prokurorluqdan verilən məlumata görə, Hasinin işi ilə bağlı məhkəmə Sentyabrın 3-də baş verəcək. Eks baş naziri və 5 digər adamı 1996-2001-ci illərdə Rus MİQ – 29 qırıcı təyyarəsi alması ilə bağlı fırıldaqçılıqda günahlandırılıblar.
Hasin 2007-ci ilin iyulunda korrupsiyada günahlandırılaraq tutulmuş və 2008-ci ilin iyununda azadlığa çıxmışdır. Hal-hazırda o ABŞ-da müalicədədir.
Oxunub:847 dəfə | Tarix: 22-08-2008, 18:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Lənkəranda Virtual Məsləhət Mərkəzi yaradılıb

Lənkəranda Virtual Məsləhət Mərkəzi yaradılıb Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycan respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının dəstəyi ilə maarifləndirmə və Virtual Məsləhət Mərkəzi layihəsini regionlarda həyata keçirir.
Lənkəran rayonunda yaradılan Virtual Məsləhət Mərkəzinin açılış mərasimində qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar və dövlət orqanlarının təmsilçiləri iştirak edib. Qeyd edək ki, layihənin 1 il müddətində 12 bölgədə reallaşdırılması nəzərdə tutulub.
Əsas məqsəd isə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya barəsində ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Həmçinin, Virtual Məsləhət Mərkəzi vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur.
Oxunub:874 dəfə | Tarix: 20-08-2008, 19:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib

Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir. Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, QHT-lərin, prokurorluğun, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri (80 nəfər) iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
Dəyirmi masada çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri «Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkən verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti olduğunu qeyd etdilər. Müzakirələrdə Korrupsiyaya qarşı Mübarizə Fondunun təklifi ilə Lənkəran şəhərində Milli Strategiyanın icra olunmasının monitorinqinin aparılması, ictimai nəzarətin təşkili barədə fikir mübadiləsi aparıldı. Ərizə və şikayətlərə baxılması işinin lazımı səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli ictimaiyyətinin nəzərinə çatdırılmışdır.
Oxunub:1374 dəfə | Tarix: 20-08-2008, 19:19 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...

Taylandın ali məhkəməsi ölkənin keçmiş baş nazirinin həbsi haqqında order verib

Taylandın ali məhkəməsi ölkənin keçmiş baş nazirinin həbsi haqqında order verib Taylandın ali məhkəməsi korrupsiya və fırıldaqçılıqda ittiham edilən ölkənin keçmiş baş naziri Taksin Çinavat və onun həyat yoldaşının həbsi haqqında order verib. Onlar uzun müddət məhkəmədən Böyük Britaniyada gizləniblər.
Keçmiş baş nazir və onun arvadı Pocaman, məhkəmə onlara Pekində keçirilən Olimpiya Oyunlarına getməyə icazə verdikdən sonra ötən həftə Taylandı tərk ediblər. Bazar ertəsi onlar Bangkokda keçiriləcək növbəti məhkəmə dinləməsində iştirak etməli idilər, lakin onlar iclasa gəlməyiblər.
Bunun əvəzində isə Tayland televiziyası baş nazirin yazılı bəyanatını yayıb. Bu bəyanatda Taksin bildirir ki, hazırda o Böyük Britaniyadadır, çünki öz vətəninin məhkəməsinin ədalətinə inanmır.
Oxunub:1001 dəfə | Tarix: 12-08-2008, 18:15 | Kateqoriya: Xəbərlər Ətraflı...