Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyul 2008    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Dmitriy Medvedev ən korrupsioner prezidentliyə namizəddir

Dmitriy Medvedev ən korrupsioner prezidentliyə namizəddir Əgər Rusiya hökuməti “siyasi korrupsiyaya” qarşı ciddi tədbirlər görməsə, ölkədə aparılan korrupsiyaya qarşı mübarizə uğur gətirməyəcək. Belə nəticəyə çərşənbə axşamında Duma və prezident seçki kampaniyaları ilə bağlı araşdırmaların nəticələri üzrə məruzəni təqdim etmiş “Transparency International Russia” mərkəzinin ekspertləri gəliblər. “Kommersant” qəzetinin verdiyi məlumata görə, bir ilə yaxın aparılan monitorinqin nəticələrinə görə, Duma seçkiləri zamanı ən korrupsioner “Vahid Rusiya” partiyası və ən korrupsioner prezidentliyə namizəd Dmitriy Medvedevdir.
Oxunub:886 dəfə | Tarix: 31-07-2008, 17:29 | Kateqoriya: Xəbərlər Ətraflı...

ABŞ-da Alyaskadan olan 84 yaşlı senatorla bağlı korrupsiya qalmaqalı baş verib

ABŞ-da Alyaskadan olan 84 yaşlı senatorla bağlı korrupsiya qalmaqalı baş verib Vaşinqtonda böyük andlılar jürisi federal antikorrupsion istintaq çərçivəsində Amerikanın ən məşhur respublikaçı-senatorlarından biri olan müdafiə təxsisatları üzrə senat altkomitəsinin sədr müavini Ted Stivensə qarşı yeddi bənd üzrə ittiham irəli sürüb. ABŞ Ədliyyə Nazirliyi Vaşinqtonda iyirmi səkkiz səhifəlik ittihamnamədə bildirir ki, senator Stivens Alyaskada yerləşən VECO Corporation şirkətinə və onun rəhbəri Bill Allenə hədiyyə və xidmətlər əvəzində, o cümlədən də Rusiyada müqavilə və sazişlər əldə etməkdə yardım göstərib.
Oxunub:831 dəfə | Tarix: 30-07-2008, 17:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rumıniya və Bolqarıstan məhkəmələrində korrupsiya işlərinə üç ilə yaxın baxılır

Rumıniya və Bolqarıstan məhkəmələrində korrupsiya işlərinə üç ilə yaxın baxılır Rumıniya və Bolqarıstanda yenə də böyük problemlər yaşanır. Avropa İttifaqı bu ölkələrə artıq bir neçə dəfə xəbərdarlıq edib ki, korrupsiya, mafiya, rüşvətlə ələ alma faktları və məmurların rüşvətxorluğuna qarşı hansısa tədbirlər görmək lazımdır. Bu iki ölkə öz məhkəmə sistemlərini hərəkətə gətirməli və bürokratiyanı
Avropa səviyyəsinə çatdırmalıdırlar. Əks halda, Brüssel bu məqsədlərə yönəldilmiş maliyyə axınlarını bağlamaq məcburiyyətində qalacaq. Avropa Komissiyası Balkan ölkələrindəki mövcud “korrupsiya biabırçılığını” ciddi maliyyə tədbirləri vasitəsilə aradan qaldırmaq qərarına gəlib. Romantik skandinav adı ilə tanınan Avropa Komissiyasının baş antikorrupsion orqanı OLAF bu il ölkəyə daxil olan maliyyə axınları ilə bağlı araşdırma aparıb. Əslində OLAF Avropanın fırıldaqçılığa qarşı mübarizə idarəsinin adının (Office européen de lutte anti-fraude) fransız dilindəki abbreviaturasıdır.
Oxunub:1000 dəfə | Tarix: 29-07-2008, 18:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

İtaliya hərbi dəniz qüvvələrinin yüksək rütbəli zabitlər dəstəsi korrupsiyada şübhəli bilinir

İtaliya hərbi dəniz qüvvələrinin yüksək rütbəli zabitlər dəstəsi korrupsiyada şübhəli bilinir Taranto limanında yerləşmiş İtaliya hərbi dəniz qüvvələrinin bazası ətrafında hay-küylü qalmaqal baş verib. Hərbi prokurorluq bildirir ki, bu qalmaqala bazanın rəhbərləri - 9 dəniz zabiti, o cümlədən 4 admiral və iki mülki şəxs cəlb olunub. Onların hamısına vəzifə səlahiyyətlərindən sui-istifadə, oğurluq, sənədlərin saxtalaşdırılması, tikinti işləri ilə bağlı podrat işləri və bazanın təchiz edilməsi üzrə sifarişlərin tərtib edilməsi zamanı maliyyə intizamının pozulması ilə bağlı məhkəmə çağırış vərəqələri verilib. İstintaq tərəfindən baxılan sui-istifadə faktları 2007-ci ilin iyun ayına aiddir.
Oxunub:925 dəfə | Tarix: 29-07-2008, 18:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Tacikistanda kiçik və orta miqyaslı biznesin yoxlamaları qadağan edilib

Tacikistanda kiçik və orta miqyaslı biznesin yoxlamaları qadağan edilib Tacikistan prezidenti Emoməli Rəhmon kiçik və orta miqyaslı biznesin yoxlamalarının qadağan edilməsinə dair fərman imzalayıb. Fərman kiçik və orta biznesin dəstəklənməsinə və genişləndirilməsinə, həmçinin “investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılmasına” yönəldilib. Yoxlamaların bütün növlərinə, məhkəmənin icazəsi ilə konkret hüquqi şəxs haqqında cinayət işi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla, iki il müddətə moratorium qoyulur.
Oxunub:1018 dəfə | Tarix: 28-07-2008, 18:21 | Kateqoriya: Xəbərlər Ətraflı...

Prezident administrasiyasının rəhbəri mandat və vəzifələrlə alver edib

Prezident administrasiyasının rəhbəri mandat və vəzifələrlə alver edib Başqırdıstan prezidenti Murtaza Rahimov öz administrasiyasının rəhbəri Radiy Habirovu tutduğu vəzifədən azad edib. Bu yüksək vəzifəli məmur dövlət vəzifələrinin alveri ilə məşğul olub.
Həbirov beş il ərzində öz vəzifəsini yüksək gəlir vasitəsinə çevirib. O, hər şeydən xüsusi həyasızlıqla pul çıxarırdı. Başqırdıstan prezident administrasiyasının rəhbəri, demək olar ki, mandat və vəzifələrlə alver edib.
Məxfi qiymət siyahısına görə, Habirov vasitəsilə RF-nın Dövlət Dumasının deputatı olmaq üçün 30 milyon rubl, Başqırdıstan parlamenti - Qurultayın deputatı olmaq üçün 6 milyon rubl, Başqırdıstan Respublikası prezident administrasiyasının şöbə müdiri olmaq üçün 5 milyon rubl və şöbə mütəxəssisi vəzifəsinə görə 1,5 milyon rubl ödəmək lazımdır.
Oxunub:1162 dəfə | Tarix: 28-07-2008, 18:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Polşa çempionatının birinci turu qalmaqal üzündən ləğv edilib

Polşa çempionatının birinci turu qalmaqal üzündən ləğv edilib Yaxın bazar günündə baş tutmalı Polşa çempionatının birinci turu korrupsiya qalmaqalına görə ləğv olunub. Hələ çempionat başlamazdan bir neçə gün əvvəl Polşanın Olimpiya komitəsinin arbitraj məhkəməsi Lodzya şəhərindən olan “Vizdev” klubuna bəraət qazandırıb. Bu klub bir az əvvəl Polşa futbol federasiyası tərəfindən hakimləri rüşvətlə alması ittihamı üzrə aşağı liqaya keçirilib. Digər “Zaqlebye” adlı klub da bu cür hüquq pozuntusunda təqsirli bilinib və onun taleyi avqustun 22-də həll olunacaq.
Oxunub:844 dəfə | Tarix: 28-07-2008, 18:01 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dövlət vəzifəsi neçəyədir?

Dövlət vəzifəsi neçəyədir? Rusiya prezidenti Dmitriy Medvedev etiraf edib ki, Rusiyada dövlət vəzifələrini pulla almaq mümkündür. Siyasətçilərin fikrincə, Rusiyada tək beş kreslodan çox -prezident, baş nazir və bir neçə yüksək vəzifəli şəxsin kresloları satılmır. Digər vəzifələri hər hansı bir zəngin insan əldə edə bilər. Müşahidəçilərin hesablamalarına görə, son 10 il ərzində dövlət vəzifələrinin qiymətləri 150 dəfə artıb.
Dövlət Dumasının deputatı Vladimir Jirnovski bəzi vəzifələrin qiymətlərini də deyib. RLDP-in rəhbəri hesab edir ki, vəzifə alveri Rusiyanın milli ənənəsidir. Deputat izah edib ki, bu fenomenon yeni deyil və qiymətlər də dəqiq müəyyən edilib. “Qubernator vəzifəsi və federasiya şurasında vəzifə təxminən 5-7 milyon avro dəyərindədir. Şöbə müdiri və ya Federal xidmətin rəhbəri vəzifələrinin qiymətləri 4-3 dəfə az olacaq”.
Oxunub:833 dəfə | Tarix: 26-07-2008, 15:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Müğənni Emi Vaynxauzun əri rüşvət verdiyinə görə 27 aylıq həbs cəzasına məhkum edilib

Müğənni Emi Vaynxauzun əri rüşvət verdiyinə görə 27 aylıq həbs cəzasına məhkum edilib Müğənni Emi Vaynxauzun həyat yoldaşı Bleyk Filder-Sivil barın sahibini döyməkdə və işi ört-basdır etmək məqsədilə zərər çəkmiş şəxsi rüşvətlə ələ almaq cəhdində təqsirli bilinib.
Müğənninin həyat yoldaşı həbs edilib. İstintaq müəyyən edib ki, Filder-Sivilin dostu Hokstondakı Makbet barından qovulduqdan sonra o öz iki dostu ilə bara qayıdıb və orada da barın sahibini döyüblər.
Məhkəmə prosesi başladıqdan bir qədər sonra Filder-Sivil barın sahibinə iki şəxs vasitəsilə 400 min ABŞ dolları rüşvət verməyə cəhd edib. Pulun əvəzində zərər çəkmiş şəxs ifadələrini dəyişdirməli idi.
Oxunub:873 dəfə | Tarix: 26-07-2008, 15:00 | Kateqoriya: Xəbərlər Ətraflı...

«Korrupsiyaya qarşı mübarizə haqqında» AR qanununun beynəlxalq standartlara uyğunlaşdırılması...

«Korrupsiyaya qarşı mübarizə haqqında» AR qanununun beynəlxalq standartlara uyğunlaşdırılması... Korrupsiyaya qarşı mübarizənin hüquqi müstəvidə aparılması üçün mükəmməl qanunvericilik bazasının yaranması çox mühüm məsələdir. Bundan ötrü «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu korrupsiyaya qarşı mübarizə aparan orqanların həyata keçirmək istədiyi tədbirlər üçün səmərəli və işlək hüquqi baza rolunu oynamalıdır.
«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu təhlil edilərkən məlum oldu ki, vacib antikorrupsion normaların, xüsusilə də beynəlxalq hüquqi bazanın təkidlə tövsiyə etdiyi hüquqi normaların tətbiqi ilə bağlı çatışmazlıqlara yol verilmiş və nəticədə Qanunda boşluqlar meydana gəlmişdir. Həmin boşluqları doldurmaq, korrupsiyaya qarşı mübarizə aparmaq üçün səmərəli şərait yaratmaq və bu Qanunun beynəlxalq hüquqi normalara, o cümlədən BMT-nin “Korrupsiyaya qarşı” Konvensiyasının, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyalarının və digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanuvericiliyinə tam implementasiyasına nail olmaq aktual məsələlərdəndir.
Oxunub:2747 dəfə | Tarix: 25-07-2008, 19:32 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...