Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Prezidentdən gələn qəti tapşırıq var: həddini aşanları cəzalandırmaq!

   Beynəlxalq Bank işi” bir sıra vəzifəli məmurların gizlətdiyi biznesini, onlara bağlı şirkətləri və iş adamlarını ortaya çıxarıb

İş adamlarının həbsi ölkə gündəminin əsas mövzularını arxa plana keçirib. Bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur, amma hüquq-mühafizə orqanları hələ ki rəsmi məlumat yaymağa tələsmir. Həbslərin məhz dövlət bankına kredit borcuna görə aparılmasını iş adamları barədə yalnız məhkəmənin qərarı-dələduzluq maddəsi təsdiqləyir.
Xəbərlərə görə, banka borcu olanların bəziləri həbsdən yalnız bir şərtlə qurtula biliblər: borclarını son qəpiyinədək qaytarmaqla. Məntiqlə ədalətli qərardır. Dövlətin pulunu (Beynəlxalq Bankın səhmləri dövlətə aiddir) qaytar, azadlığını qoru.
Dövlət bankını soyan bu adamların məlum olan siyahısı rəngarəngdir: sabiq icra başçısından tutmuş keçmiş deputata, şirkət müdirinə, holdinq rəhbərinə kimi…Mayın 13-də adı yaddaşlardan çoxdan silinən sabiq deputat, “Globus Plaza”nın sahibi Dünyamin Xəlilov saxlanılıb. O, mühafizəçiləri, xadimələri də daxil olmaqla, bir qrup işçisinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur.
“Xəzər adaları” layihəsini reallaşdıran Hacı İbrahim Nehrəmli də dünəndən istintaq altındadır. Onun borcu isə nə az-nə çox, 70 milyon dollardır (özü 70 milyon deyir, ancaq bəzi məlumatlara görə Benəlxalq Bankdan 850 milyon çıxarıb- AzPolitika.info). Onun Beynəlxalq Bankla əlaqədar istintaqa çağırıldığı və 10 saat dindirildiyi Hacı İbrahimin rəhbərlik etdiyi holdinq tərəfindən rəsmi olaraq təsdiqlənib…
İddiaya görə, prezidentin etibarından istifadə edərək dövlətin pullarını müxtəlif adamlara verən Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev istefa verən tarixdən, yəni martın 18-dən bəri “göz altındadır”. Ondan borclularla bağlı bütün məlumatlar alınıb, müqavilə sənədləri götürülüb və borcluların siyahısı tutulub. Xəbərlərə görə, C.Hacıyev “müdafiəsi”ni əvvəldən etibarlı qurub, belə ki, kimə nə qədər kredit verilməsi ilə bağlı ona yüksək vəzifəlilərin etdiyi xahişləri (zamini) də fiksə edib.  Onun prezidentin inamını tam itirdiyi, amma istintaqa kömək etməsi səbəbindən azadlıqda saxlanıldığı da iddialar arasındadır.
Müxtəlif adamların Beynəlxalq Bankdan külli miqdarda kredit götürməsində vəzifəli məmurların da əlinin olduğuna dair xəbərlər sensasiya deyil. Məlumdur ki, iş adamlarının böyük əksəriyyəti oliqarx-məmurlara bağlıdırlar. Bu bağlılıq “krışalıq” səviyyəsində də var, şəriklik səviyyəsində də. Hətta bəziləri “iş adamı” kimi oliqarx-məmurların biznesinə rəhbərlik edərək məvacib alır. Xəbərlərə görə, “Beynəlxalq Bank işi” bir sıra vəzifəli məmurların gizlətdiyi biznesini, onlara bağlı şirkətləri, iş adamlarını ortaya çıxarıb. Bu adamlara külli miqdarda pul verilməsi, yəni zamin olmaq xahişini Beynəlxalq Bank rəhbərindən onlar edib. Onların kimliyi dəqiq bilinir və aydındır ki, C. Hacıyev heç vaxt astronomik borcun altına tək girməyə risk etməzdi və etməyib də. Amma faktı o zamana kimi gizlədib ki, neftin qiymətinin düşməsi ilə Maliyyə Nazirliyi devalvasiyadan qaçmaq üçün Beynəlxalq Bankı əlavə pul kütləsi verilməsi üçün “sıxıb”. Bu zaman məlum olub ki, banka borcluların sayı və borcun miqdarı astronomik həddədir və üstəlik, bu adamlar pulları ola-ola, borclarını qaytarmaq haqqında düşünmürlər belə…

Yəni faktiki hökumət çətin fakt qarşısında qoyulub və yumşaq devalvasiya mümkün olmayıb, bir gündə manat 33 faiz ucuzlaşıb. Etibarlılığı şübhə doğurmayan mənbə “Yeni Müsavat” a deyib ki, bəzi iş adamları C. Hacıyevdən və hakimiyyətdəki məmur dayaqlarından istifadə edərək devalvasiyadan bir neçə saat öncə Beynəlxalq Bankda külli miqdarda manatı dollara çeviriblər ki, bu da dövlətə çox baha başa gəlib. İndi istintaq həm də bu maxinasiyada qazanc əldə edənləri axtarır, tapır və cəzalandırır.
Həbsə düşənlərin, məsələn, Bakıda zavodu, obyektləri və daşınmaz əmlakları olan Nizami Piriyevin borcunu qaytarmadığı və ya buna imkanı olmadığı üçün indi istintaq təcridxanasında oturduğunu iddia etmək o qədər də inandırıcı görünmür. Demək, prezidentdən gələn daha bir qəti tapşırıq da var: həddini aşanları cəzalandırmaq! Məlumatlara görə, dövlətin pulunu kredit şəklində götürüb iş yeri, fabrik, istehsal müəssisəsi yaratmağı vəd edən bəzi iş adamları bu vəsaiti bir sıra qonşu ölkələrdə, eləcə də Avropada özlərinə biznes yaratmağa, lüks villalar almağa xərcləyiblər. Üstəlik, dövlətin pulunu geninə-boluna xərcləsələr də, xaricdə Azərbaycanın mənafeyi naminə iş görməyiblər. Piriyev də bu sıradadır…

İqtidarın bu həbslərə Avropa Oyunları ərəfəsi qərar verməsi də ciddi maraq doğurur. Hökumət bu həbsləri niyə Avropa Oyunlarından sonraya saxlamadı? Niyə yarışlar ərəfəsi məmur korpusuna bu və ya digər dərəcədə bağlılığı olanlar (məsələn, Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin qardaşıdır) ya istintaqa cəlb edilib, ya da həbsə atılıb?
İddialara görə, əsas səbəb bank soyğunçularının ölkədən qaçmaq ehtimalıdır. Onlar istintaqa cəlb edilməklə faktiki nəzarətə alınırlar, ölkədən çıxmaq yasaqlanır.
İkinci səbəb budur ki, prezident şəxsən bu mütəşəkkil dəstənin ifşasında (bunların içərisində Bayraq Meydanının sabiq rəhbərinin korrupsiya əməlləri də var) və cəzalandırılmasında maraqlıdır. Daha bir maraqlı xəbərə görə isə iqtidar bu istintaqların yekunu olaraq bir sıra məmurlarla vidalaşacaq, daha doğrusu, onlar canlarını həbsdən qurtardıqları üçün sevinəcəklər də…

Bu həbslər həm də hakimiyyətin yarışlar ərəfəsi imici üçün də vacibdir …(musavat.com)


 

AzPolitika.info

Oxunub:794 dəfə | Tarix: 19-05-2015, 10:12 | Kateqoriya: ---