Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Dövlət qurumlarında 17,1 milyon manatlıq yeyinti aşkarlanıb

  Hesablama Palatası ilginc korrupsiya hesabatı açıqladı: Dövlət qurumlarında 17,1 milyon manatlıq yeyinti aşkarlanıb 

Hesablama Palatası sensasion hesabat açıqlayıb. Qurumun dövlət orqanlarında apardığı yoxlamaların nəticələri elan edilib və bəlli olub ki, Azərbaycanda dövlət qurumunun vəzifəli şəxsləri tərəfindən dövlətə külli miqdarda ziyan vurulub. Hesabatda qeyd edilir ki, aşkarlanan pozuntular əsasında tərtib olunan materiallar araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq orqana göndərilib.


"Trend"in məlumatına görə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair, “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlasdırılması və istifadəsinə dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib.

AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, “Aqrolizinq” ASC-nin, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlət əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub.
Kürdəmir RİH-ə ayrılan vəsaitlərin istifadəsinə dair keçirilən audit nəticəsində vəsaitlərin istifadəsi zamanı dövlət vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələnən bir sıra ciddi nöqsanlara yol verildiyi məlum olub. "Report"un xəbərinə görə, hesabata əsasən, 2 halda satınalmalar üzrə mövcud qanunvericiliyin tələblərinə əməl edilməyərək satınalma prosedurları keçirilmədən layihə-smeta sənədlərinin hazırlanmasına vəsait xərclənib, tikinti-quraşdırma işlərinin birbaşa müqavilələrlə yerinə yetirilməsinə müvafiq icazənin olmadığı və vəsait ayrılmadığı halda 6 obyekt üzrə satınalma müqavilələri bağlanılıb, podratçıların ixtisas göstəriciləri araşdırılmayıb.
RİH-dən Hesablama Palatasına mövcud normativ aktların tələbləri pozularaq avans təminatı və avansın istifadə olunmasını əsaslandıran sənədlərin surəti təqdim edilmədən 6 obyekt üzrə podratçı təşkilata avans ödənilib. Ümumilikdə altı obyekt üzrə 13042,1 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, on obyekt üzrə yerinə yetirilməyən 31034 manat məbləğində tikinti işlərinin yerinə yetirilməsi, malların (işlərin, xidmətlərin) satınalınması zamanı bu sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam əməl olunması bildirilib.
Hesabatda o da qeyd olunub ki, işində nöqsanlara yol verən 3 nəfər, o cümlədən RİH başçısının müavini, bir şöbə müdiri və bir böyük məsləhətçi tutduğu vəzifədən azad olunub.
Eyni zamanda məlumatda qeyd olunur ki, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları, ünvanlı dövlət sosial yardımlarının, sosial müavinətlərin və təqaüdlərin təyin olunması və ödənilməsində ciddi hüquq pozuntularına yol verilməklə külli miqdarda ödənişlərin həyata keçirilməsi, rəsmi sənədlərlə yalan məlumatların daxil edilməsi və bir sıra digər ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə ümumilikdə 17,1 milyon manat zərər vurulması ehtimalı nəzərə alınaraq yuxarıda qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib. 
Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb.  APA xəbər verir ki, hesabata əsasən, yoxlama zamanı aşkarlanıb ki, ödənişli əsaslarla təhsil alan əcnəbi tələbələrdən təhsil haqqı nağd qaydada yığılaraq banka təhvil verilib, tədris ilinin əvvəlində akademik məzuniyyətə gedən və təhsil haqqının müəyyən hissəsini ödəyən magistrlər üzrə debitor borc hesablanmayıb.  Müqavilə şərtlərinə əməl edilməyərək, tələbə sırasından xaric edilmiş birinci kurs tələbələrindən təhsil aldığı müddət üçün təhsil haqqının alınması təmin edilməyib.
Kafedralar üzrə artıq laborant ştatı saxlanılıb, doktorantların və dissertantların sayının normadan az olmasına baxmayaraq, doktorantura şöbəsi, artıq kafedralar yaradılıb, tələbə şəhərciyindəki yataqxanalarda qaçqın və məcburi köçkünlər məskunlaşsa da işçilər saxlanılıb və ehtiyac olmadığı halda əcnəbi tələbələrlə iş üzrə dekanlıq yaradılıb, tədris korpusları üzrə artıq ştat vahidləri saxlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə əməl edilməyərək artıq qruplar yaradılaraq müəllimlərə əmək haqqı, habelə akademik borcu olan tələbələrə təqaüd ödənilib. 
Büdcədənkənar vəsaitlər üzrə ştatdankənar işçilərin əmək haqqı və əməyin ödənişi ilə bağlı kreditor borc hesablamalarda ilin sonuna az göstərilib, nəqliyyat vasitələri istisna olunmaqla, digər əsas vəsaitlər və uzunmüddətli inventar və avadanlıqların inventarizasiyası müvafiq qaydada həyata keçirilməyib.
Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkarlanan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün Təhsil Nazirliyinə və Dövlət Neft Akademiyasına göndərilib. 
Nəzarət tədbirlərinin nəticələri üzrə Milli Məclisə məlumat verilib.
Neft Akademiyası tərəfindən 32304,9 manat vəsaitin dövlət büdcəsinə bərpası, 16937,8 manat dəyərində maddi dəyərlərin artıqlığının uçota bərpası, 4333,0 manat dəyərində əlavə təmir işlərinin görülməsi, 5194,6 manat dəyərində əsas vəsaitlərin və 957,0 manat debitor və 18794,0 manat məbləğində kreditor borcun uçota alınması, əsassız artırılmış anbar qalığının 34578,0 manat məbləğində azaldılması, artıq və lüzumsuz ştatlar üzrə 211,5 ştat vahidinin ixtisarı, Nəsimi Rayon Mühafizə İdarəsi ilə müqavilə şərtlərinin dəyişdirilməsi, Mülki Mühafizə Xidməti ilə müqavilənin ləğv edilməsi təmin edilib.
Eyni zamanda nöqsanlara yol vermiş 13 nəfər barəsində müvafiq intizam tənbehi tədbirlərinin görüldüyü, o cümlədən 1 dekanın vəzifəsindən azad edildiyi, baş mühasibə və 1 dekana, anbar müdirinə və 2 aparıcı mühasibə şiddətli töhmət, tədris işləri və inzibati - təsərrüfat işləri üzrə prorektorlara, 3 dekana və şöbə rəisinə töhmət elan edildiyi bildirilib. Hesabat aprelin 14 - də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Hazırladı: T.ƏHMƏDLİ
Yeni Müsavat
Oxunub:1044 dəfə | Tarix: 11-04-2015, 17:40 | Kateqoriya: ---