Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Baş naziri Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Antikorrupsiya qurumları nə dərəcədə müstəqildir?


Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində iki dövlət qurumu ixtisaslaşıb. Bunlar Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (bundan sonra Komissiya) və Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı mübarizə idarəsidir (bundan sonra İdarə). Hər iki dövlət qurumunun formalaşdırılmasında əsas məqsəd korrupsiyaya qarşı mübarizənin instutsionalaşdırılması və səmərli qurulmasıdır.
Oxunub:11 dəfə | Tarix: Dünən, 23:58 | Kateqoriya: --- Ətraflı...

Orta məktəblərdə antikorrupsion dərslərə start verildi

Orta məktəblərdə antikorrupsion dərslərə start verildi Korrupsiyaya qarşı Mübarizə Fondu Təhsil Nazirliyi ilə birlikdə aprel ayından etibarən "Antikorrupsion dərslər" layihəsini daha geniş şəkildə həyata keçirməyə başlamışdır. İlk dərs Bakı şəhəri 20 saylı orta məktəbdə keçirilmişdir. Dərsdə Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Sabir Həmidov da iştirak etmişdir. Layihə 2014-cü il ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta məktəblərini əhatə edəcəkdir.
Oxunub:64 dəfə | Tarix: 15-04-2014, 17:27 | Kateqoriya: --- Ətraflı...

Sən Azərbaycanda korrupsiyanı necə yığışdırardın?



Azadlıq Radiosu
Oxunub:77 dəfə | Tarix: 2-04-2014, 11:20 | Kateqoriya: --- Ətraflı...

Korrupsiyaya qarşı mübarizə necə aparılır?


Obyektiv TV-nin "Korrupsiyaya qarşı mübarizə necə aparılır?" mövzusundakı xüsusi reportajında Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov iştirak edir.
Oxunub:216 dəfə | Tarix: 19-03-2014, 18:34 | Kateqoriya: --- Ətraflı...

Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim

Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professoru, magistraturanın dekanı Namik Atalla oğlu Axundov "Avropa Nəşr Mətbu Evi" mükafat Komissiyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərimizin hazırlanmasında səmərəli fəaliyyətinə, xarici ölkələrin əsas coğrafi, siyasi, iqtisadi göstəriciləri sahəsində apardığı dəyərli elmi tədqiqatlarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılamasında və Azərbaycan dövlətçiliyi tarixində göstərdiyi əvəzsiz xidmətlərinə görə Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim Qızıl Medalı ilə təltif olunub. Biz də Korrupsiyaya qarşı Mübarizə Fondu olaraq onu bu uğuru münasibəti ilə ürəkdən təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.
Oxunub:209 dəfə | Tarix: 9-03-2014, 12:24 | Kateqoriya: --- Ətraflı...

“Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib

“Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib Multimedia Mərkəzi tərəfindən keçirilən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Hesabatını və Reytinq Cədvəlini ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində 74 dövlət qurumunun və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını qeyd edib. O, rəsmi saytların 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.

Oxunub:112 dəfə | Tarix: 5-03-2014, 12:30 | Kateqoriya: --- Ətraflı...

Korrupsiya ilə bağlı tədqiqat əsəri ərsəyə gəldi

Korrupsiya ilə bağlı tədqiqat əsəri ərsəyə gəldi Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti, tarix elmləri doktoru, professor Namik Axundov və siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabı çapdan çıxmışdır. Kitab Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icra edilməsi istiqamətində növbəti əhəmiyyətli addım olaraq, Azərbaycanda korrupsiyaya qarşı dayanıqlı mübarizə problemlərinə həsr edilmişdir. Bununla əlaqədar olaraq Fevralın 19-da AMEA-nın İnsan Hüquqları İnstitutunda kitabın təqdimat mərasimi və müzakirəsi keçirilmişdir.
Oxunub:143 dəfə | Tarix: 19-02-2014, 20:17 | Kateqoriya: --- Ətraflı...

“ASAN xidmət”in nailiyyətləri Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsinin nəticəsidir

“ASAN xidmət”in nailiyyətləri Azərbaycan Respublikası Prezidentinin güclü siyasi iradəsinin nəticəsidir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi
- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə “ASAN xidmət” mərkəzlərinə hansı yeni xidmətlər əlavə edilmişdir?
- Azərbaycan Respublikasının Prezidenti yalnız “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.
Əgər bu günə qədər “ASAN xidmət” mərkəzlərində 25 hüquqi xidmət göstərilirdisə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin xidmətlərin dairəsi daha da genişləndirilmişdir. Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli Fərmanla:
Oxunub:112 dəfə | Tarix: 13-02-2014, 13:55 | Kateqoriya: --- Ətraflı...

Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər

Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir. Ancaq hesab edirəm ki, burada sistem xarakterli tədbirlər daha da böyük səmərə verəcəkdir. Mən “ASAN xidmət”in fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cəmi bir il ərzində “ASAN xidmət”ə bir milyon müraciət olmuşdur. Tam şəffaflıq təmin edilibdir, mədəni xidmət və Azərbaycan vətəndaşına layiq olan hörmət göstərilir. Ona görə “ASAN xidmət”in funksiyaları bundan sonra da genişlənəcəkdir. Bütün insanlarla birbaşa ünsiyyətdə olan qurumlar da bu prinsiplərlə yaşamalıdırlar.
Oxunub:143 dəfə | Tarix: 8-02-2014, 18:18 | Kateqoriya: --- Ətraflı...

“Korrupsiya ilə mübarizəni məmurların yadına hər dəfə prezident salır”

“Korrupsiya ilə mübarizəni məmurların yadına hər dəfə prezident salır” Fondun icraçı direktoru Vasif Mövsümov: “Siyasi müxalifətin yoxluğu korrupsiya ilə mübarizəni çətinləşdirir”
Prezident İlham Əliyev yenə də korrupsiya ilə mübarizədən danışdı və məmurlara tapşırıqlar verdi. Bundan sonra nazirlik və komitələr korrupsiya ilə mübarizə sahəsində gördüyü işlərin hesabatını vermək üçün növbəyə durdu.
Oxunub:124 dəfə | Tarix: 8-02-2014, 18:15 | Kateqoriya: Xəbərlər Ətraflı...