Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Rüşvətxoru müəyyən etmək çətin məsələdir, çünki rüşvət açıqca verilib alınmır. Korrupsiyanın başqa formaları mövcuddur və onların sırasında tenderlər, müsabiqələr, məbləğdən qaytarılan rüşvətlər və layihələrin bahalaşmasıdır. Və həmçinin lazımı adamın “şərti mükafatlandırmasıdır”. Bu polisin və müfəttişin görə bilmədiyi onun yaxın qohumlarına səhmlərin va ya imtiyazların verilməsi də ola bilər.
Təqvim
«    Mart 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Devid Kameronun hədiyyə skandalı Britaniyanın baş naziri Devid Kameronun hakim Mühafizəkar Partiyanı sarsan “görüş” skandalı ətrafındakı qalmaqal səngimək bilmir. Liberal Partiyanın lideri Ed Milibend və media maqnatı Rupert Merdok baş nazirlə görüşlərin “satışı”ilə bağlı şəffaf tədqiqat aparılmasını tələb ediblər. Partiyanın səlahiyyətli şəxslərindən Piter Kruddas onlara xeyriyyə məqsədi ilə 250 min funt sterlinq verən biznesmenə bunun müqabilində baş nazir Kameronla görüş təşkil edib.
Oxunub: 124 dəfə | Tarix: 29 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Almaniya korrupsiyadan güclü zərbə alacaq Korrupsiya 2012-ci ildə Almaniyanın iqtisadiyyatına 250 milyard avro ziyan vuracaq. Bunu Avstriyanın Linç Universitetinin iqtisadçısı Fridrix Şnayder deyib. Iqtisadçının fikrinə görə, korrupsiya ən çox o halda yaranır ki, tenderlərdə daha yaxşı və daha sərfəli şərtlər təklif edən şirkət sifariş ala bilmir. Şnayder qeyd edir ki, korrupsiya daha çox ölkədə maliyyə böhranı ilə əlaqədar olaraq dövlət məmurları və böyük şirkətlərin əməkdaşları arasında yayılmışdır.
Oxunub: 121 dəfə | Tarix: 29 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
İtaliyada hakimlər həbs olunub İtaliya polisi Neapol ətraflarında mafiya ilə mübarizə üzrə kütləvi həbsetmə əməliyyatı keçirmişdir. Reydlər İtaliya polisinin korrupsiyaya və vergi ödənişindən yayınmaya qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilmişdir. Bu əməliyyat zamanı onlarla insan həbs edilmişdir. Saxlanılanlar arasında vergi və daşınmaz əmlakla bağlı danışıqları nəzərdən keçirən 16 hakim də var idi.

Oxunub: 130 dəfə | Tarix: 29 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Rüşvət tələb edən şəxs cinayət başında yaxalanıb Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Məlumatda bildirilir ki, Bakı şəhər sakini Qarifulina Ruhiyə Tofiq qızının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qaradağ rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş məsləhətçisi Əsədov Şahin Qiyas oğlunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Oxunub: 131 dəfə | Tarix: 28 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda antikorrupsiya kampaniyası var Milli Məclisdə Azərbaycan hökumətinin 2011-ci ilin yekunlarına dair hesabatına İ.Ağazadə münasibət bildirdi. Deputat dedi ki, beynəlxalq təşkilatların hesabatına görə, Azərbaycan iqtisadi cəhətdən azad olmayan ölkələr sırasındadır. Çox hörmətli hökumət üzvləri görəsən düşünürmü ki, bunun səbəbi nədir? Hansı fəaliyyət göstərilməlidir ki, Azərbaycan azad olmayan ölkələr sırasına düşməsin? Bu hesabatda sahibkarlara edilən yardımdan tutmuş yaradılan şəraitə qədər hər şey var.
Oxunub: 114 dəfə | Tarix: 27 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Kim korrupsiya ilə bağlı şikayət edərsə, onu işdən çıxardırlar Milli Məclisdə Azərbaycan hökumətinin 2011-ci ilin yekunlarına dair hesabatına münasibət bildirən deputat Fazil Mustafanin sözlərinə görə, sovetlər dönəmində banklarda batan əmanətlərin cəmi 10 faizinin qaytarılması ədalətsizlikdir: “Azərbaycan hökumətinin hesabatı ərəfəsində sovet dönəmində banklarda qalan əmanətlərin qaytarılması ilə bağlı prezidentin fərmanına əsasən təəssüflər olsun ki , əmanətlərin cəmi 10 faizi qaytarılacaq. Bu ədalətli yanaşma deyil.
Oxunub: 124 dəfə | Tarix: 27 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Komissiyası Fəaliyyət Planını açıqlayıb Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə Komissiyası növbəti illər üçün olan Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı layihəsini təkmilləşdirmək məqsədilə ictimaiyyətdən rəy və təkliflər almaq üçün öz internet resursunda yerləşdirmişdir. Bu sənəd qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial-iqtisadi siyasətin islahatı, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış strukturların fəaliyyəti və s.üzrə dörd bölmə və bir neçə yüz addımlardan ibarətdir.
Oxunub: 133 dəfə | Tarix: 17 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
İcra başçısı sahibkarın fəaliyyətinə müdaxilə edir Korrupsiyaya qarşı Mübarizə Fonduna Yasamal rayonu, Həsənbəy Zərdabi 31/61-ci məhəllədə yerləşən “SUNNY-H” MMC-nin təsisçisi Babayev Zakir Şahmalı oğlu tərəfindən şikayət ərizəsi daxil olmuşdur. Ərizənin mətni aşağıdakı kimidir:
Nəzərinizə çatdırıram ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam və mənim şirkətimə məxsus olan torpaq sahəsi Yasamal rayonunda “20 Yanvar meydanı” yanında yerləşir. 2009-cu il sentyabr ayında “SUNNY-H” MMC-yə məxsus olan 3 sot torpaq sahəsini əvəzsiz olaraq cənab Prezidentin göstərişi əsasında tikilən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidə kompleksinə verdim. Onu da bildirmək istəyirəm ki, sahibkar kimi rayondakı digər quruculuq və abadlıq işlərinə dəfələrlə maddi yardım göstərmişəm. Yasamal rayon icra hakimiyyəti başçısının sədr olduğu komissiyanın aktina görə, abidəyə verilən ərazidə “SUNNY-H” MMC-yə məxsus olan 362 kv.m-lik tikili şirkətimə məxsus torpaq sahəsinin qərb hissəsinə köçürülməlidir.
Oxunub: 167 dəfə | Tarix: 15 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda korrupsiyanın vəziyyətinə dair sorğu keçiriləcək Korrupsiyaya Qarşı Mübarizə Fondu yaxın vaxtlarda ölkə vətəndaşları arasında sorğu keçirəcək. Bu barədə məlumat verən fondun icraçı direktoru Vasif Mövsümov deyib ki, sorğunun keçirilməsinə mart ayından start veriləcək.
Oxunub: 149 dəfə | Tarix: 15 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
İctimai qınaq mexanizmi olmalıdır Salyan rayonunda sakinlərlə görüşdə öyrəndik ki, yaradıcılıq mərkəzi üçün yeni bina inşa edilsə də, buranın işçi heyəti 5 aydır ki, maaş ala bilmir. Nə onlara işdən çıx deyirlər, nə də “nə vaxt əməkhaqqı alacam” sualına cavab verirlər.
Bu ilin sonuna qədər 5 məktəb tikilib şagirdlərin istifadəsinə veriləcək. Ancaq tikinti işlərinə usta və fəhlə briqadası paytaxtdan gətirilib. Niyə, bu qədər işsizi rayonda buraxıb başqa ünvana üz tuturlar?
Oxunub: 139 dəfə | Tarix: 13 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
İcra başçıları camaata yuxarıdan aşağı baxırlar Bu faktdır ki, Azərbaycanın əksər rayonlarında icra başçıları özlərini xan kimi aparırlar. Camaata yuxarıdan aşağı baxırlar. Xalqı məcbur edirlər ki, bunların özlərinə və ümumiyyətlə hakimiyyətə nifrət etsin. O yerə gətirib çıxardırlar milləti. O icra başçılarından mən bəzilərini tanıyıram. Necə deyərlər onları «iki eşşəyin arpasını bölməyə» də layiq bilmirəm. Amma gəlib oturublar də orada.
Məsələləri koordinal şəklidə həll etmək lazımdır. Çalışmaq lazımdır ki, sosial ədalətsizlik nisbətən aradan götürülsün. Məsələ ondadır ki, Azərbaycan kapitalizmi çox qudurmuş kapitalizmdir. Men xeyli kapitalist ölkəsində olmuşam. Avropada, götürək elə Norveçi. Orada kapitalistlərin böyük sərvəti var. Amma adi insanların da hər şeyi var.
Oxunub: 146 dəfə | Tarix: 12 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Məmurların telefon danışıqları dinləniləcək Qırğızıstanın baş naziri Omurbek Babanov prokurorluq orqanlarının xüsusi sanksiyası olmadan yüksək vəzifəli məmurların telefon danışıqlarını dinləməyi təklif edib. Qırğız hökumətinin başçısı öz təşəbbüsünü “korrupsiyaya və vicdansız idarəçiliyə qarşı mübarizə”nin bir hissəsi kimi təqdim edir.


Oxunub: 136 dəfə | Tarix: 9 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Ombudsman korrupsiya ilə bağlı şikayətlərin artdığını deyir Milli Məclisdə ombudsman Elmira Süleymanovanın illik hesabatı müzairə edilib. Elmira Süleymanova 2011-ci ildə ölkədə korrupsiya və rüşvətlə bağlı müraciətlərin artdığını bildirib. Belə ki, ombudsmanın ünvanına korrupsiyaya yol verilməsi və rüşvət tələbetmə halları ilə bağlı 797 şikayət daxil olub ki, bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur. O şikayətlərin əsasən vəzifəli şəxslərin qanunsuz hərəkətləri, qanunçuluq, hüquq qaydaları, vətəndaşların hüquqi və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanları və təşkilatların fəaliyyətindən olduğunu deyib.

Oxunub: 119 dəfə | Tarix: 9 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Dünya Bankı “Daha şəffaf dünyada biznes etmək-2012" adlı hesabat yayıb Ölkəmiz sərhəddən mal keçirməyin çətinliyinə görə 170-ci yerdədir. Azərbaycan keçənilki hesabatda 69-cu yerdə idisə, bu dəfə 3 pillə irəliləyərək, 66-cı yerdə qərarlaşıb. Müqayisədə götürəndə, Azərbaycan iş görməyə olan şəraitə görə, Bolqarıstanla (59-cu yer) Türkiyə (71-ci yer) arasındadır. Azərbaycan xarici ticarətin, sərhəddən mal keçirməyin çətinliyinə görə dünyada 170-ci yerdədir.
Oxunub: 118 dəfə | Tarix: 9 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
“Bu gün icra başçıları hədsiz dərəcədə harınlayıblar” Ombudsmanın Milli Məclisdəki hesabatına münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bu gün az qala Azərbaycanın bütün rayonlarında icra başçılarının davranışlarına da ökədəki insan hüquq və azadlıqları kontekstində baxılmalıdır: “Azərbaycanda icra başçıları yerlərdə əhalini saymırlar, onlarla pis rəftar edirlər. Hər vəzifəyə təyin olunan icra başçısı özü ilə bir dəstə aparır, camaatın gözü qarşısında onları vəzifəyə təyin edir».Bu gün yerlərdə məmur özbaşınalığı və qanunlara saymazyana münasibət var. Etiraf etmək lazımdır ki, bu gün icra başçıları hədsiz dərəcədə harınlayıblar.
Oxunub: 134 dəfə | Tarix: 9 Mart 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
← Geri    1 2    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az