Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Vətəndaş institutların inkişafı xalqın mənafeyinə riayət olunmasının zamini olur. Vətəndaş cəmiyyəti korrupsiyaya və bürokratiyaya qarşı olan “vətəndaş müdafiə”dir.
Təqvim
«    Fevral 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
«Kimsə rüşvət almağa cəhd etsə həmin an işdən qovula bilər»
«Kimsə rüşvət almağa cəhd etsə həmin an işdən qovula bilər» Azərbaycanda ilk əcnəbi universitet rektoru- Xəzər Universitetinin rektoru John Ryder- 2010-cu ilin sentyabrında bu vəzifəyə gələndə çoxları ona qəribə baxırdı. Necə yəni «Tələbəyə azadlıqlar verilməlidir», «Öz iş sisteminizi özünüz təklif edin?» Beləmi olmalıdır universitet rektoru?
John Ryder:
«Azərbaycanda tələbələrin daha az azadlıqları var. Onların seçimləri bir o qədər də yoxdur. Onlara cədvəl verilir və onlar bu cədvəl üzrə hərəkət etməyə məcburdurlar, daha az seçim imkanları var. Mən müəllim yoldaşlarımla söhbətim zamanı bildirmişdim ki, tələbələrə qarşı daha liberal olaq, onlara seçim etmək üçün imkanlar verək. Onlarsa mənə dəli kimi baxdılar».
İlk əcnəbi rektorun ölkənin təhsil sistemində diqqətini çəkən məqamlardan biri iş yoldaşları ilə münasibəti olub:
«Azərbaycanda universitet rektoru ilə digər işçilər arasındakı münasibət avtoritar xarakter daşıyır. Kimsə gəlir və məndən gözləyir ki, əmr verim. Rəhbərlik və işçi arasında əməkdaşlıq münasibəti hökm sürməlidir. ».
John Ryder deyir ki, xaricdə universitetin reytinqinin aşağı olmasına da rüşvət faktoru təsir edir. Onun fikrincə, korrupsiyaya batmış universitetin heç bir hörməti olmayacaq:
«Rüşvətin kökünü kəsmək çox sadədir. Biz burda rüşvətlə mübarizə aparmağa davam edirik. Kimsə rüşvət almağa cəhd etsə, həmin an işdən qovula bilər, ona görə də heç kəsin ağlına gəlmir bu. Xəzər universitetində rüşvətin olmaması həm tələbədən, həm də müəllimlərdən asılıdır. Heç bir tərəf nə almağa, nə verməyə cəhd göstərməməlidir. Düzdür, ola bilər ki, burda da valideynlərdən, yaxud tələbələrdən kimsə rüşvət vermək istəsin, amma Xəzər universitetində kimsə yoxdur ki, rüşvəti götürsün. Bir qarşılıq görməyəcəkləri üçün də bu sevda baş tutmur».
Mühafizəçi ilə gəzən, qəbuluna yalnız həftənin 2 günü müəyyən saatlar daxilində yazılmaq lazım gələn rektorlar barədə verilən sual isə John Ryderi təəccübləndirdi:
«Bizim qapılar açıqdır tələbələrin üzünə. Katibəyə də təlimat vermişəm ki, bura gələn hər kəsi içəri buraxsın, mən məşğul deyiləm».

Durna Səfərli
Azadlıq radiosu
Oxunub:148 dəfə | Tarix: 4 Fevral 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az