Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.
Təqvim
«    Fevral 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
«Kimsə rüşvət almağa cəhd etsə həmin an işdən qovula bilər» Azərbaycanda ilk əcnəbi universitet rektoru- Xəzər Universitetinin rektoru John Ryder- 2010-cu ilin sentyabrında bu vəzifəyə gələndə çoxları ona qəribə baxırdı. Necə yəni «Tələbəyə azadlıqlar verilməlidir», «Öz iş sisteminizi özünüz təklif edin?» Beləmi olmalıdır universitet rektoru?
John Ryder:
«Azərbaycanda tələbələrin daha az azadlıqları var. Onların seçimləri bir o qədər də yoxdur. Onlara cədvəl verilir və onlar bu cədvəl üzrə hərəkət etməyə məcburdurlar, daha az seçim imkanları var. Mən müəllim yoldaşlarımla söhbətim zamanı bildirmişdim ki, tələbələrə qarşı daha liberal olaq, onlara seçim etmək üçün imkanlar verək. Onlarsa mənə dəli kimi baxdılar».

Oxunub: 148 dəfə | Tarix: 4 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
"Korrupsiyaya qarşı mübarizə dövlətin həyata keçirdiyi şüurlu siyasətdir" Vasif Mövsümov: “Bəzi məmurların da belə təbliğ etdiyi kimi korrupsiyaya qarşı mübaizə kampaniya xarakteri daşımır”
“Korrupsiyaya qarşı mübarizə nə qədər effektli həyata keçirilir və bu istiqamətdə müsbət addımlar atılırsa, bir o qədər bu mübarizəyə qarşı məmur müqaviməti başlayır”
Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrlə bağlı iclasında prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin bundan sonra da davam etdirilməsi barədə verdiyi tapşırıq və tövsiyyələrə əsasən sözügedən sahədə növbəti addımların atılacağı ümidi yaradıb.
Oxunub: 141 dəfə | Tarix: 4 Fevral 2012 | Kateqoriya: --- Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az