Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı mübarizədə qələbələr haqqında hesabatlar bəzən mübarizənin özünü və cinayət işləri üzrə aparılan araşdırmaları əvəz edir. Yalnız məhkəmə insanın cinayətkar olub-olmamasını müəyyən edə bilər.
Təqvim
«    Fevral 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
İtaliya nazirlərin var-dövləti haqqında məlumat dərc edib İtaliya hökuməti öz saytında nazirlərin maliyyə vəziyyəti haqqında məlumatları yayımlamağa başlayıb. Bu yolla baş nazir Mario Monti korrupsiya ilə mübarizədə qərarlı olduğunu nümayiş etdirir. Bütün nazirlər gəlirləri və mülkiyyətləri barədə məlumatları dərc olunmaq üçün təqdim etməlidirlər. Romada olan korrespondent xəbər verir ki, bu məlumatın dərc olunmasından sonra çoxlu ziyarətçi sayına görə saytın fəaliyyəti dayanıb.
Oxunub: 95 dəfə | Tarix: 27 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Moskva:polisdə və gömrükdə korrupsiya dəfələrlə artıb Prokurorluğun verdiyi məlumata əsasən, 2010-cu illə müqayisədə Moskva regionunda polisdə və gömrükdə kriminal qanun pozuntuları iki, hətta üç dəfə artmışdır. 2011-ci ildə prokurorlar polisdə 1.2 min qanun pozuntusu aşkara çıxardıblar. Rəsmi məlumatlara görə rüşvətin məbləği min rubldan bir neçə yüz dollara qədər təşkil etmişdir.

Oxunub: 92 dəfə | Tarix: 27 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai müzakirələr keçirilib Bu gün Vergilər Nazirliyində Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Vergilər Nazirliyinin təşkilatçılığı ilə “Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır” mövzusunda ictimai müzakirələr keçirilib. QHT-lər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə vergilər nazirinin müavini Sahib Ələkbərov korrupsiyaya qarşı mübarizə tədbirləri, bu sahədə vətəndaş cəmiyyətinin iştirakı, şəffaflığın təmin olunmasında informasiya texnologiyalarının rolu, vergi inzibatçılığının təkmilləşdirilməsi üçün görülən işlər və elektron xidmətlərin tətbiqi barədə məlumat verib.
Oxunub: 128 dəfə | Tarix: 23 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
 Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs edilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus “Halal ərzaq” mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunan protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün, həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1 500 manat rüşvət tələb etdiyini bildirib.
Oxunub: 122 dəfə | Tarix: 21 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda veteranlar birliyinin idarə heyətinin sədri həbs edilib Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən “Mübariz” Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib.
Oxunub: 117 dəfə | Tarix: 21 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya qarşı mübarizə üzrə konfrans keçirilmişdir BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisi, Avstriya höküməti, Avropa Dələduzluğa qarşı Mübarizə Ofisi və başqa maraqlı tərəflərin birqə təsəbbüsü ilə ötən il təsis edilmiş beynəlxalq təşkilatın - Beynəlxalq Antikorrupsiya Akademiyasının nümayəndə heyəti Azərbaycana səfərə gəlmişdir. Akademiyanın Beynəlxalq Keçid Heyətinin və Beynəlxalq Məşvərət Şurasının rəhbəri Martin Kreutnerin başçılıq etdiyi missiyanın bu səfərindən məqsəd ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində aparılan işlərlə, eləcə də dövlət strukturlarının fəaliyyətində şəffaflığın artırılması sahəsində dövlət siyasəti ilə tanış olmaq və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda Konfransda iştirak etməkdən ibarətdir.

Oxunub: 127 dəfə | Tarix: 21 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə cəlb olunması nə vaxt tətbiq ediləcək? "Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanunun bu il və ya 2013-cü ildə hazırlanaraq qəbul olunması gözlənilir. Bu barədə Trend-ə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, hazırda bir sıra hallarda vəzifəli şəxsin təqsirini sübuta yetirmək olmur. "Amma müvafiq qanun qəbul olunandan sonra hüquqi şəxs kimi təşkilat özü cavabdehlik daşıyacaq", - Əliyev deyib.

Oxunub: 107 dəfə | Tarix: 21 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda hüquqi şəxslər də korrupsiya cinayətlərinə cəlb olunacaqlar Bu barədə qanun layihəsi parlamentə təqdim edilib
Azərbaycanda "Hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında" qanun layihəsi parlamentə təqdim edilib. Trend-in məlumatına görə, bunu "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər" mövzusunda Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilən konfransda çıxışı zamanı Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. Ələsgərov deyib ki, bu, bir neçə konvensiyadan irəli gələn qanundur.

Oxunub: 94 dəfə | Tarix: 21 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda 3 məhkəmə hakimi cəzalandırılıb Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, Şuranın növbəti iclası keçirilib. İclasda hakimlər barədə intizam icraatlarına baxılaraq, fəaliyyətlərində kobud qanun pozuntuları, süründürməçilik, habelə korrupsiyaya şərait yaradan hallara yol verildiyinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova, Qəbələ rayon məhkəməsinin hakimi Tofiq Məmmədova və Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevə töhmət verilib.
Oxunub: 151 dəfə | Tarix: 14 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda polis mayoru rüşvət alarkən tutulub Sabunçu Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili rüşvət üstündə həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, fevralın 11-də Bakı şəhər sakini R. Bağırova Daxili İşlər Nazirliyinə müraciət edərək qohumu H. Babayevin cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində özünü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edən bir şəxsin ondan pul tələb etməsi barədə məlumat verib.
Oxunub: 156 dəfə | Tarix: 14 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya qarşı mübarizəni bir gün də olsun dayandırmaq olmaz Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “Media forum” saytına müsahibəsindən.
- Ötən ilin əvvəllərində Azərbaycanda korrupsiyaya qarşı yüksək səviyyədə mübarizə elan olundu, bununla bağlı sərəncamlar, qərarlar verildi, qanunlarda dəyişiklik edildi. Korrupsiya ilə mübarizənin nəticələrini necə qiymətləndirirsiniz?
- Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın açıqlamaları, görülmüş təbdirlər, onların dəyərləndirilməsi göstərir ki, ötən il bu sahədə kifayət qədər effektli addımlar atılıb və nəticələr də göz önündədir. Xüsusilə də iqtisadi vəziyyətin yaxşılaşdırılması və korrupsiyaya qurşanmış sahələrdə normal iş ahənginin yaradılması, bu sahələrin şəffaflaşdırılması istiqamətində çoxlu tədbir görülüb. Qanunlar qəbul edilib, sərəncamlar verilib və bunlar kifayət qədər effektli nəticələr doğurub.
Oxunub: 151 dəfə | Tarix: 10 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Əhalinin korrupsioner məmurların adını bilməyə haqqı var Korrupsiyaya qarşı mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirdi ki, korrupsiya ilə əlaqədar olan məmurların “qara siyahısı” hamı üçün əlçatan olmalıdır ki, əhali onların harada işlədiyini, nədə günahlandırıldıqlarını bilsin. “Əgər biz deyiriksə hər bir dövlət orqanı şəffaf olmalıdır, onda korrupsiya üzrə cinayət işləri də ictimaiyyət üçün açıq olmalıdır.” Ekspert hesab edir ki, belə bir ölçü korrupsiyaya qarşı mübarizəyə sözsüz ki, müsbət təsir göstərəcək.
Oxunub: 131 dəfə | Tarix: 9 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiya ilə mübarizə ümumxalq işi olmalıdır Rusiyanın prezidentliyə namizədi, baş nazir Vladimir Putin hesab edir ki, Rusiyada korrupsiyanı yalnız ümumxalq işinə çevirməklə məğlub etmək olar. Onun sözlərinə görə korrupsiyaya qarşı mübarizə sözsüz ki, cəza tədbirlərinin tətbiqini nəzərdə tutur və tarixən cəza yolu ilə korrupsiyaya qalib gəlmə mövcud olub.
“Bununla belə, burada problem daha dərindir. Bura şəffaflıq, dövlət müəssisələrinə ictimai nəzarət və məmurların motivasiyası problemləri aiddir.”

Oxunub: 158 dəfə | Tarix: 9 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Şəmkirdə antikorrupsiya qurumu ofisindən çıxarıla bilər Şəmkir rayon icra hakimiyyəti Korrupsiya Qarşı Mübarizə Fondunun yerli ofisinin bağlanmasını tələb edir. Bunu Azadlıqradiosuna Fondun icraçı direktoru Vasif Mövsümov deyib. Onun sözlərinə görə, fevralın 2-də şəhər icra hakimiyyətinin nümayəndəsi, polis və prokurorluq işçiləri yerli ofisə gələrək onun fəaliyyətinin dayandırılmasını tələb ediblər: “Onlar ofisin girişindən göstəricini çıxarmağı tələb ediblər. Bildiriblər ki, ofis burda icazəsiz fəaliyyət göstərir. Onlar ofisin nə vaxtdan fəaliyyət göstərdiyini soruşublar. Halbuki bu ofis 7 ay əvvəl - 2011-ci ilin iyulunda rayon icra hakimiyyətinin, polis və prokurorluğun nümayəndələri iştirakı ilə açılıb.”
Oxunub: 170 dəfə | Tarix: 7 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Biz azadlığa gedən çətin yolu qızıl qəfəsdəki rahatlığa dəyişmirik 10 il əvvəl Gürcüstanın keçmiş prezidentini Dünya Bankına dəvət edib 1 saat ərzində tənqid ediblər və ona heç kim kömək etməyib. Bu barədə Corctaun Universitetində çıxış edən Saakaşvili bəyan etdi. Saakaşvilinin sözlərinə görə o, “tarixdə ilk dəfə korrupsiya üzərində qələbə haqqında araşdırması dərc olunan” yeganə ölkəni təqdim etmək üçün 10 ildən sonra Dünya Bankına gedib. Dünya Bankındakı çıxışından sonra o, ardı-arası kəsilməyən alqışlar qazanıb.

Oxunub: 152 dəfə | Tarix: 6 Fevral 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
← Geri    1 2    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az