Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Güclü dövlətin olması hələ korrupsiyanın olmamasına təminat vermir və güclü dövlət idarəçiliyinə malik olan bir çox ölkələrdə güclü korrupsiya vardır. Cəmiyyət güclü olanda və güclü dövlətlə yanaşı cəmiyyətin özü bü təzahürə qarşı mübarizə aparanda korrupsiya zəifləyir.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
“Korrupsiya ilə mübarizə aparılsaydı, bu gün azı 3-5 nazir içəridə olmalı idi”
“Korrupsiya ilə mübarizə aparılsaydı, bu gün azı 3-5 nazir içəridə olmalı idi” Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2011-ci ildə korrupsiya ilə mübarizənin nəticələrini açıqlayıb.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı açıqlamasında dedi ki: “Müsbət odur ki, qanunlar qəbul olunub, QHT-lərlə əməkdaşlığa başlanıb. 2007-ci ildə Korrupsiyaya Qarşı Milli Strategiya qəbul olunub. Bu sənədi reallaşdırmaq üçün Milli Fəaliyyət Planı da hazırlandı. Əgər bu qanunun 30 faizi yerinə yetirilmirsə, o, kimə lazımdır? Ölkədə korrupsiyaya qarşı mübarizə varsa, Azərbaycan beynəlxalq təşkilatların korrupsiya indeksinə görə niyə bir qədər də geriləyib? Deməli, belə mübarizə aparılmır, kampaniya xarakterlidir. Ötən il apardığımız monitorinqin nəticəsinə görə, ən çox korrupsiya olan qurum Kərəm Həsənovun rəhbərlik etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi olub. Bu komitədən ”Forma-1" adlı sənədi almaq qəhrəmanlıqdır. Lakin Əmlak Komitəsindən hansısa iri ranqlı məmuru saxlanılmayıb. Hesabatda bir neçə nazirliyin əməkdaşlarının tutulduğu deyildi. Əgər nazirliyin əməkdaşı korrupsiyaya görə tutulubsa, bəs nazir niyə kreslosunda oturur? Məgər hansısa idarənin rəisi pulu özbaşına götürür? Korrupsioner adı ilə tutulanları korrupsiyaya qarşı mübarizə görüntüsünün qurbanları adlandırmaq olar. Mübarizə tam aparılsaydı, bu gün heç olmasa 3-5 nazir içəridə olmalı idi".
M.Qəhrəmanlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi -nin Baş Prokurorluqdan alınaraq müstəqil qurum kimi fəaliyyət göstərməsini təklif edir: “Korrupsiyaya qarşı mübarizə üçün Milli Fəaliyyət Planı hazırlanıb. Bu planı reallaşdırmaq üçün nazirliklərin üzərinə öhdəlik qoyulub. Axı nazirlər bu öhdəlikləri necə yerinə yetirsin? Onlar bir əlləri ilə korrupsiya ilə mübarizə aparılması üçün hesabat hazırlayır, o biri əlləri ilə korrupsiya ilə məşğul olurlar. Burda hansı ədalətdən söhbət gedə bilər? Ona görə də təklif etmişəm ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının tərkibi tam dəyişdirilsin. Çünki indiki halda bu komissiyaya müraciət etmək korrupsionerin özündən özünə şikayət etmək kimi bir işdir. Gömrükdəki korrupsiya biabırçı həddədir. Bunu bircə dəfə gömrükdən mal keçirən hər kəs bilir. Nəqliyyat Nazirliyindəki yolların 5 qat baha qiymətə rəsmiləşdirilməsini də bilməyən yoxdur. Amma komissiya üzvləri bunların qarşısını almaqda acizdir. Bu məsələləri qaldıranda cavab verməyə söz tapa bilmirlər. Bu qurumlar buraxılmalı və prezident yanında ayrıca Korrupsiyaya Qarşı Mübarizə Komitəsi kimi müstəqil fəaliyyət göstərilməlidir. Komitəyə ayrı-ayrı sahələrdən mütəxəssislər cəlb olunmalı və ictimai nəzarəti də həyata keçirən təşkilatların üzvləri də bu işdə iştirak etməlidir".
M.Qəhrəmanlı təkliflərinin qəbul olunacağı təqdirdə ölkədə korrupsiya ilə real mübarizənin aparılacağının şahidi olacağımızı da söylədi.

E.MƏMMƏDƏLİYEV
“Yeni Müsavat”
Oxunub:186 dəfə | Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az