Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Müqəddəs peyğəmbərimiz deyib: “Vaxt gələcək cəmiyyəti zalım hökmdarlar idarə edəcək, onun alimləri tamahkar olacaq, dini unudacaqlar və dindarlar riyakarlığı qəbul edəcəklər, tacirlər sələmçilklə məşğul olacaqlar və yararsız məhsulları satmağa başlayacaqlar, qadın
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Azərbaycanda rüşvət aldığına görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb
Azərbaycanda rüşvət aldığına görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb Baş Prokurorluqda rüşvət aldıqlarına görə işdən qovulan DYP əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

APA
Oxunub:165 dəfə | Tarix: 30 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az