Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı BMT Konvensiyası məmurların rəsmi gəlirlərdən artıq vəsait hesabına yaşamalarını qadağan edir. Bununla bağlı onların əmlak müsadirəsinədək ciddi cəzalandırılması nəzərdə tutulur. Bu qanuna görə bir çox məmurları çoxdan həbs etmək olardı, lakin daha düzgünü onları sadəcə vəzifədən uzaqlaşdırmaq və dövlət xidmətini bizneslə qarışdıranların qarşısını aımaqdır. Vəziyyəti yalnız prezidentin KİV və xalqla birgə iradəsi dəyişə bilər.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Federasiya Şurası sərhəd keçid korrupsiyası ilə bağlı konvensiyanı təsdiqləyib
Federasiya Şurası sərhəd keçid korrupsiyası ilə bağlı konvensiyanı təsdiqləyib RF-in Federasiya Şurası beynəlxalq danışıqların aparılması zamanı sərhəd keçid korrupsiyası ilə bağlı konvensiyanı təsdiqləyib. Bununla da rusiyalı senatlar Rusiyanın “Beynəlxalq sazişlərin həyata keçirilməsi zamanı xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizə Konvensiyası” adlı beynəlxalq müqaviləyə qoşulmasına razılıq verdilər. Konvensiyaya görə iştirakçı dövlətlər öz qanunvericiliyində xarici vəzifəli şəxsə beynəlxalq kommersiya sazişi bağlamaq və ya sazişdən imtina etmək üçün istənilən qanunsuz təklifin edilməsinə görə hüquqi şəxslər üçün müxtəlif məsuliyyətlər, fiziki şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutmalıdır.
Bu Konvensiyanın iştirakçılarına bütün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏT) üzvləri – Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İspaniya, İslandiya, İrlandiya, İtaliya, Kanada, Koreya Respublikası, Lyüksemburq, Meksika, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Çili, İsveç, İsveçrə, Estoniya, Yaponiya, həmçinin İƏT-ə daxil olmayan, Argentina, Braziliya, Bolqarıstan və CAR aiddir.
Istənilən dövlət bu Konvensiyaya qoşula bilər. Bununla belə, İƏT-ə qoşulmağın şərtlərindən biri də konvensiyada iştirak etməkdir.

Ria xəbər
Oxunub:141 dəfə | Tarix: 26 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az