Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı mübarizədə qələbələr haqqında hesabatlar bəzən mübarizənin özünü və cinayət işləri üzrə aparılan araşdırmaları əvəz edir. Yalnız məhkəmə insanın cinayətkar olub-olmamasını müəyyən edə bilər.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Təhlükəsizliklə bağlı polisə və nazirliyə müraciət edilib
Təhlükəsizliklə bağlı polisə və nazirliyə müraciət edilib Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib. Tədbir ötən həftə 12 QHT tərəfindən təsis edilmiş “Təhlükəsiz Yol” Alyansının təşkilatçılığı ilə baş tutub.
“Təhlükəsiz Yol” Alyansının həmtəsisçisi, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidenti Şahin Camalov ölkəmizdə ötən ildə dəhşətli həddə çatan yol qəzaları və çoxsaylı insanların bu qəzaların qurbanına çevrilməsinin vətəndaş cəmiyyətini narahat edən problemlərdən olmasını qeyd edib. O, bildirib ki, “Təhlükəsiz Yol” Alyansının yaradılmasında məqsəd yol qəzalarının artmasına gətirib çıxaran səbəblərin araşdırılması və bu səbəblərin aradan qaldırılması istiqamətində ictimai sektor səlahiyyətləri çərçivəsində birgə fəaliyyətlərin həyata keçirilməsidir.
Modern.az saytı xəbər verir ki, yol təhlükəsizliyi ilə bağlı mövcud qanunvericilik bazası, qanunvericilikdə təsbit edilməsinin zəruri hesab oldunduğu müddəalar barədə digər həmtəsisçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev danışıb.
Tədbir iştirakçıları Bakı şəhərindəki yol infranstrukturundakı problemlər, Dövlət Yol Polisinin son zaman müzakirə obyektinə çevrilən korrupsiya halları, kütləvi informasiya vasitələrinin piyada və sürücülərin yol hərəkəti təhlükəsizliyi sahəsində məlumatlandırmasında rolu, şəhərdə avtodayanacaq problemi və sair kimi mühüm məsələlərə də toxunublar.
Tədbirin sonunda yol qəzalarına səbəb olmuş infranstruktur problemlərinin, Dövlət Yol Polisinin işindən narazılıqların və sair bu kimi müraciətlərin ünvanlana biləcəyi “DİQQƏT Yol Polisi” başlığı altında layihənin və adıçəkilən layihənin əsas istiqaməti olan “Qaynar xətt”in fəaliyyətə başladığı elan edilib. Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinə, Nəqliyyat Nazirliyinə yol təhlükəsizliyi sahəsindəki problemlərin araşdırılması və həlli istiqamətində əməkdaşlıq edilməsi üçün işçi qrupunun yaradılması ilə bağlı müraciət qəbul edilib.

Modern.az
Oxunub:181 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az