Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
BVF Bakını antikorrupsiya tədbirlərini genişləndirməyə çağırır
BVF Bakını antikorrupsiya tədbirlərini genişləndirməyə çağırır “Korrupsiyaya qaşı mübarizədə Azərbaycan hökumətinin ötən ilin əvvəlindən atdığı müsbət addımlar davam etdirilməlidir”.
Bu fikirləri Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadeem İlahi yanvarın 19-da telekörpü vasitəsi ilə keçirdiyi mətbuat konfransında deyib. O, korrupsiyanın aradan qaldırılması ilə bağlı Azərbaycanda elektron hökumətin, vahid pəncərə sisteminin tətbiqi və digər halları bu sahədə atılan müsbət addımlar adlandırıb:
“Biz orta və kiçik sahibkarlarla geniş müzakirələr aparmışıq. Onların verdikləri məlumatlara görə, doğurdan da korrupsiyaya qarşı mübarizə sahəsində çox effektiv işlər başlanıb. Bizə məlumat verilib ki, hökumət orqanları tərəfindən yoxlamalarının aparılması azalıb. Məlumatlarda o da deyilib ki, indi Azərbaycanda biznes fəaliyyəti daha asan həyata keçirilir”.
Bununla yanaşı missiya rəhbəri Azərbaycan üzrə keçirilən bir çox sorğularda korrupsiya məsələsinin dəfələrlə vurğulandığını da diqqətə çatdırıb:
“Bu o deməkdir ki, bu problem azərbaycanda geniş yayılıb. Əlbəttə Azərbaycan hökuməti tərəfindən müəyyən edilən addımlar çox önəmli addımlardır. Lakin bu addım və tədbirlər davamlı olmalıdır. Bundan başqa miqyası və əhatə dairəsi genişləndirilməlidir”.
Azərbaycan hökuməti keçən ilin əvvəlindən ölkədə geniş anti-korrupsiya tədbirləri həyata keçirildiyini elan edib. Amma ilk vaxtlar bunun ciddi təsirlərini hətta hökumətin tənqidçiləri də etiraf etsələr də son aylar hökumətin tədbirlərinin fayda verməməsi haqda fikirlər daha çox səslənir.

Azadlıq radiosu
Oxunub:177 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az