Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Əgər korrupsiyanı nəzarət altına almaq mümkün olmazsa, o, demokratiya və hüquq qaydalarının əsaslarını poza bilər, həmçinin mütəşəkkil cinayətkərlığın və terrorizmin artmasına səbəb ola bilər.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
“Korrupsiyanin kökünü bir qərarla kəsmək olmaz”
“Korrupsiyanin kökünü bir qərarla kəsmək olmaz” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dedi ki, prezidentin tapşırığından sonra korrupsiyaya ilə mübarizənin daha da intensivləşdirilməsi üçün konkret addımlar atılıb: “Mübarizə iki istiqamətdə getdi. Birincisi, korrupsiya və rüşvətxorluğu doğuran sosial-iqtisadi amillərin aradan qaldırılması üçün işlər görüldü. Bu bir ildə prezidentin sərəncamları, Milli Məclisin qanunlara etdiyi əlavə və dəyişikliklərlə ayrı-ayrı sahələrdə çalışanların sosial vəziyyətinin yaxşılaşdırıldı, onların maaşı artırıldı. Bəzi güc strukturlarında çalışanlar üçün vətəndaşlardan alınan cərimələrin 25 faizinin onların əməkhaqqına əlavə edilməsi qərarı verildi. Sosial müdafiənin gücləndirilməsi daha çox korrupsiya üçün münbit şərait olan sahələrdə tətbiq edildi. Korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün inzibati yollardan da istifadə edildi. Ayrı-ayrı şəxslər haqqında cinayət işi qaldırıldı, o şəxslər cəzalarını aldı”.
F.Ağamalı maraqlı bir fikir də söylədi: “Səmimi deyim, korrupsiya və rüşvətxorluq elə sosial bəladır ki, bir qərarla, bir addımla və bir ildə bunun kökünü kəsmək, mübarizəni bu müddətdə tamamilə həyata keçirib qurtarmaq mümkün deyil. Bunun üçün sistemli mübarizə aparmaq gərəkdir. Ayrı-ayrı hüquqşünas və iqtisadçıların bu bir ildə korrupsiya ilə mübarizə sahəsində heç bir nəticə əldə edilməməsini deməsi həqiqət bucağından yanaşma deyil. Korrupsiya ilə mübarizə elə məsələ deyil ki, bu bəlaya yoluxmuş ayrı-ayrı qurumların başında duran şəxslərin, onun əməkdaşlarının hamısını avtobusa, qatara doldurub aparıb Qobustan həbsxanasına salasan, bununla da iş bitə. Bunun üçün cəmiyyətin özü sağlamlaşmalıdır. Rüşvət verən verməli, alan almalı deyil. Bu əməlləri gündəlik fəaliyyətində iş prinsipinə çevirənlərin ictimai şüur səviyyəsi yüksəlməlidir. Onun düşüncəsi o səviyyəyə yetişməlidir ki, bununla məşğul olmağın cəmiyyəti məhv etdiyini anlasın. Korrupsiya bəşəriyyətin bəlasıdır. Elə ölkə yoxdur ki, orada bu problem yaşanmasın. Bu gün nümunə gətirəcəyimiz ən demokratik ölkələrdə də müəyyən qədər korrupsiya var. Azərbaycan kimi ölkələrdə bu daha primitiv olduğu üçün korrupsiyanın ən demokratik ölkələrdəki kimi epizodik halda baş verməsi mümkün olmur. Ancaq işin müsbət tərəfi odur ki, bu bəla ilə mübarizə davam edir. Bu, böyük prosesdir, bunun əvvəli var, davam edir, axırının nə vaxt olacağı bəlli deyil. Çünki insan, onun tamahı, hadisələrə subyektiv münasibəti durduqca bu kimi xoşagəlməz hallar olacaq”.

Elşad Məmmədli
“Yeni Müsavat”
Oxunub:151 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az