Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Güclü dövlətin olması hələ korrupsiyanın olmamasına təminat vermir və güclü dövlət idarəçiliyinə malik olan bir çox ölkələrdə güclü korrupsiya vardır. Cəmiyyət güclü olanda və güclü dövlətlə yanaşı cəmiyyətin özü bü təzahürə qarşı mübarizə aparanda korrupsiya zəifləyir.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə dünya praktikasını tətbiq etməliyik
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə dünya praktikasını tətbiq etməliyik Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. 2011-ci ildə bu sahədə çox böyük işlər görülmüşdür. 2012-ci ildə daha da böyük işlər görülməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır.
Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir. Mənim Sərəncamım ilə bütün nazirliklər, dövlət qurumları “Elektron hökumət”in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib.
Dünya praktikası var, müsbət praktika var, Avropa İttifaqının təcrübəsi var. Biz yaxşı təcrübəni həmişə götürməliyik.
Mən demirəm ki, biz orada olan bütün yenilikləri tətbiq etməliyik. Bu mümkün deyildir. Bəzi hallarda milli mentalitetimizə zidd olan təşəbbüsləri biz burada heç vaxt tətbiq edə bilmərik. Ancaq müsbət, bizə lazım olan praktikanı tətbiq etməliyik, xüsusilə bu sahədə.
Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm.

Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqindən
Oxunub:155 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az