Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı mübarizə üçün hüquqi bazanı gücləndirmək və təkmilləşdirmək, belə təzahürlərə qarşı – yollarda alınan kiçik rüşvətlərdən başlayaraq və iri dövlət sifarişlərin və müqavilələrinin verilməsi zamanı alınan iri məbləğdə rüşvətlər ilə qurtararaq cəmiyyətdə dözülməzlik mühiti yaratmaq lazımdır.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya hallarının azalmasını vətəndaşlar hiss edirmi?
Korrupsiya hallarının azalmasını vətəndaşlar hiss edirmi? Ekspertlər ötən il ərzində korrupsiya ilə mübarizə sahəsində çox işlər görüldüyünü desələr də, problemlərin də qaldığını bildirir
2011-cu il yanvarın 14-də Nazirlər Kabinetinin sosial-iqtisadi yekunlara həsr olunmuş iclasında çıxış edən prezident İlham Əliyev ölkədə korrupsiya ilə mübarizə sahəsində tədbirlərin gücləndirilməsi haqda göstərişlər verib. Ötən bir il ərzində ölkəmizdə bu sahədə vəziyyət necə dəyişdi?
Xatırladaq ki, Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bəyan etmişdi ki, ölkədə bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Ölkə başçısının tapşırıqlarından sonra ötən il yanvarın 27-də korrupsiyaya qarşı mübarizə komissiyası bütün aidiyyətı dövlət orqanlarının iştirakı ilə xüsusi iclas keçirdi. Ötən bir il ərzində korrupsiyanın azaldılması, rüşvətxorluqla mübarizə sahəsində görülən tədbirləri vətəndaşlar hiss edirmi?
Bu suala şəhər sakinlərinin cavabları birmənalı olmadı. Bakı sakini Telnaz İsgəndərova deyir ki, rüşvətxorluq qismən azalıb və korrupsiya ilə mübarizə hiss olunur: “Müəyyən qədər bu say azalıb. Amma süründürməçilik qalıb”.
Digər şəhər sakini İnqilab Məmmədov isə düşünür ki, Azərbaycanda hələ də rüşvət var və aparılan işlərə baxmayaraq bu heç də azalmayıb.
Ekspertlər isə ötən 1 il ərzində Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində çox işlər görüldüyünü desələr də, problemlərin də qaldığını bildirirlər.
“Transparency İnternational”ın Bakı nümayəndəliyinin rəhbəri Rəna Səfərəliyevanın sözlərinə görə, korrupsiya ilə mübarizədə əsas problem budur ki, qanunlar var, amma onlar işləmir. O deyir ki, qanunların da işləməsi üçün əhali müqavimət göstərməlidir.
Ekspertlər korrupsiya ilə mübarizədə uğur qazanmaq üçün yalnız dövlətin və qeyri-hökumət təşkilatlarının deyil, vətəndaşların da üzərinə böyük iş düşdüyünü deyirlər.
Rəna Səfərəliyeva əhaliyə müraciət edərək, insanları rüşvətlə mübarizədə müqavimət göstərməyə çağırıb.
Qeyd edək ki, Azərbaycanda korrupsiya ilə mübarizənin effektivliyini artırmaq məqsədilə 2007-ci ildə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007 - 2011-ci illər üçün fəaliyyət planı təsdiq edilib. Görülən tədbirlər nəticəsində 2011-ci ildə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 211 şəxs barəsində 128 cinayət işinin istintaqı tamamlanıb. Hazırda 83 cinayət işinin istintaqı davam etdirilir. Saxlanan şəxslər arasında yüksək rütbəli dövlət məmurları da var.

Vəfa Şəhlayi
ANS TV
Oxunub:131 dəfə | Tarix: 14 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az