Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Antikorrupsion orqanlar peşəkar iş yerinə yetirdiyi üçün konfet qutusu və ya güllər alan həkimin əlindən yapışmamalıdırlar. Onlar büdcə vəsaitlərinin bölüşdürülməsi ilə, aşağı və orta sahibkarlığa maneə törədən məmurlarla maraqlanmalıdırlar.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir
Korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir Korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində bu kateqoriyalı cinayətlərin təhlükəli təzahürlərindən olan rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və qulluq mövqeyindən istifadə etməklə mənimsəmə hallarına qarşı ardıcıl və sistemli tədbirlər davam etdirilir.
Belə ki, Tovuz rayon sakini Cəfər Yusifovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət almışdır.
Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bundan başqa, qeyd edilən nazirliyin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib, ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi almışdır.
Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Digər bir cinayət işi külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığı faktlarına görə başlanmışdır.
Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Cəlilabad rayon hüquq məsləhətxanasının müdiri Xandadaş Əliyev 2005-2010-cu illər ərzində Yaqub Əhmədov və qeyrilərini cinayət və mülki işlər üzrə istintaq və məhkəmə orqanlarında təqsirləndirilən şəxslərin məsuliyyətdən azad edilməsi, onların vəziyyətinin yüngülləşdirilməsi və ya tərəflərin xeyrinə hər hansı qərarların çıxarılması barədə yalan vədlər verməklə aldatma yolu ilə onlardan müxtəlif məbləğlərdə pul vəsaitini alaraq ələ keçirmişdir.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və törətdiyi cinayət əməllərinə görə Xandadaş Əliyev həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Bundan başqa, "SNT-İnşaat" firması tərəfindən 2007-ci ildə paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində yerləşən 239 nömrəli məktəbdə əlavə korpusun tikintisi zamanı tikinti normalarına əməl olunmaması və iş həcmlərinin artırılaraq dövlət vəsaitinin mənimisənilməsi barədə toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən cinayət işi başlanmışdır.
İstintaqla müəyyən edilmişdir ki, "SNT-İnşaat" şirkətinin iş icraçısı Salman Cabbarov öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama məqsədi ilə 2006-2007-cu illər ərzində tikintisi ona həvalə edilmiş 239 nömrəli orta məktəbin 840 şagird üçün əlavə korpusunun tikinti işlərini apararkən, həmin korpusun inşaası zamanı müxtəlif vaxtlarda 23.157 manat dəyərində artırılmış işlər barədə 2006 və 2007-cı illərin işin qəbulu aktlarına və 2 nömrəli arayışların məzmununa bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri imzası ilə təsdiq edərək saxtalaşdırmış və iş həcmlərinin artırılması hesabına əldə etdiyi, qeyd olunan pul vəsaitini mənimsəmə yolu ilə talamışdır.
Törətdiyi cinayət əməllərinə görə Salman Cabbarova külli miqdarda mənimsəməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham elan olumuş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən müxtəlif sahələr üzrə törədilmiş korrupsiya hüquqpozmaları ilə əlaqədar cinayət işlərinin istintaqı davam etdirilir.

Baş prokurorluğun Mətbuat xidməti
Oxunub:125 dəfə | Tarix: 9 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az