Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı mübarizə milli proqramına çevrilməlidir. Əgər hakimiyyət özünü tənzimləmək iqtidarında deyilsə, onda o heç bir ictimai dəstək ala bilməyəcək. Ictimai dəstək yalnız iş qabiliyyəti və müvəffəqiyyəti olan hakimiyyətlə təmin edilir.
Təqvim
«    Yanvar 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya ilə mübarizə sahəsində memorandum imzalanıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memarandumu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və şəbəkənin koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev imzalayıb. Memoranduma əsasən, tərəflər korrupsiyaya qarşı mübarizə sahəsində sıx əməkdaşlıq edəcək.
Oxunub: 74 dəfə | Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
“Korrupsiya ilə mübarizə aparılsaydı, bu gün azı 3-5 nazir içəridə olmalı idi” Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2011-ci ildə korrupsiya ilə mübarizənin nəticələrini açıqlayıb. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı açıqlamasında dedi ki: “Müsbət odur ki, qanunlar qəbul olunub, QHT-lərlə əməkdaşlığa başlanıb. 2007-ci ildə Korrupsiyaya Qarşı Milli Strategiya qəbul olunub. Bu sənədi reallaşdırmaq üçün Milli Fəaliyyət Planı da hazırlandı. Əgər bu qanunun 30 faizi yerinə yetirilmirsə, o, kimə lazımdır? Ölkədə korrupsiyaya qarşı mübarizə varsa, Azərbaycan beynəlxalq təşkilatların korrupsiya indeksinə görə niyə bir qədər də geriləyib?
Oxunub: 186 dəfə | Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlar aşkarlanıb Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başlayıb. Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev kollegiya iclasında bildirib. O, qeyd edib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, korrupsiya ilə mübarizəni inzibati və inandırma metodlarının vəhdəti üzərində quran Hərbi Prokurorluq orqanları fəaliyyətini daha da təkmilləşdirməklə bu işi öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib. Ötən il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 84 fakt üzrə cinayət işi başlayıb.
Oxunub: 179 dəfə | Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya qarşı mübarizə idarəsinin 2011-ci il ərzində görülmüş işlərə dair hesabatı 27 yanvar 2012-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2011-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
Oxunub: 187 dəfə | Tarix: 31 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Azərbaycanda rüşvət aldığına görə işdən qovulan üç yol polisi barəsində cinayət işi başlanıb Baş Prokurorluqda rüşvət aldıqlarına görə işdən qovulan DYP əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Oxunub: 165 dəfə | Tarix: 30 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Baş Prokurorluq korrupsiya ilə bağlı ən çox şikayət olunan sahələrin adlarını açıqlayıb Baş Prokurorluq korrupsiya ilə bağlı ən çox şikayət olunan dövlət qurumlarının adlarını açıqlayıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, "Qaynar xətt" əlaqə mərkəzinə bütün dövlət qurumları ilə bağlı müraciətlər daxil olur. Bunlar vətəndaşların pensiya məsələləri, təhsil, səhiyyə, bank işi, hüquq-mühafizə orqanları, bələdiyyələr, yerli icra orqanları ilə bağlıdır: “Heç şübhəsiz ki, daxil olan müraciətlər arasında bəzi qayda pozan prokurorluq işçiləri də olub”.
Oxunub: 194 dəfə | Tarix: 30 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Federasiya Şurası sərhəd keçid korrupsiyası ilə bağlı konvensiyanı təsdiqləyib RF-in Federasiya Şurası beynəlxalq danışıqların aparılması zamanı sərhəd keçid korrupsiyası ilə bağlı konvensiyanı təsdiqləyib. Bununla da rusiyalı senatlar Rusiyanın “Beynəlxalq sazişlərin həyata keçirilməsi zamanı xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınmasına qarşı mübarizə Konvensiyası” adlı beynəlxalq müqaviləyə qoşulmasına razılıq verdilər. Konvensiyaya görə iştirakçı dövlətlər öz qanunvericiliyində xarici vəzifəli şəxsə beynəlxalq kommersiya sazişi bağlamaq və ya sazişdən imtina etmək üçün istənilən qanunsuz təklifin edilməsinə görə hüquqi şəxslər üçün müxtəlif məsuliyyətlər, fiziki şəxslər
Oxunub: 141 dəfə | Tarix: 26 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiya ilə mübarizəyə mane olan miflər FORBES jurnalının Rusiya buraxılışında bu ölkədə korrupsiya ilə mübarizəyə mane olan 7 mif sadalanır. Müəllif Ali İqtisadiyyat Məktəbinin Mikroiqtisadiyyat Kafedrasının müdiri Mark Levindir.
1996-cı ildən bu mövzunu araşdırdığını deyən müəllif məqaləsində Rusiyada korrupsiya probleminin qarşısının alınmasına mane olan 7 mifi analiz edir. Həmin miflər Azərbaycan cəmiyyətinə də xas ola bilər deyə düşünüb də məqaləni qısa ixtisarla təqdim edirik.
Oxunub: 207 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Vaqif Səmədoğlu: Bizdə  artıq rüşvət məişətə girib Mən də istəmirəm korrupsiya olsun. Məni ən çox da əsəbləşdirən budur. Ölkədə korrupsiya da var, dəhşətli yenilənmə də. Amma korrupsiya təkcə bizdədir? Mən Avropa Şurası Parlament Assambleyasında təmsil olunmuşam. Orada şahidi olmuşam ki, dövlətlər korrupsiya ilə necə məşğul olur. Azərbaycandakı korrpusiyanın yüz dəfə artığını Avropada görmüşəm. Dövlətin dövləti necə şantaj etdiyini görmüşəm. Mən buna haqq qazandırmıram.
Oxunub: 153 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
BVF Bakını antikorrupsiya tədbirlərini genişləndirməyə çağırır “Korrupsiyaya qaşı mübarizədə Azərbaycan hökumətinin ötən ilin əvvəlindən atdığı müsbət addımlar davam etdirilməlidir”.
Bu fikirləri Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadeem İlahi yanvarın 19-da telekörpü vasitəsi ilə keçirdiyi mətbuat konfransında deyib. O, korrupsiyanın aradan qaldırılması ilə bağlı Azərbaycanda elektron hökumətin, vahid pəncərə sisteminin tətbiqi və digər halları bu sahədə atılan müsbət addımlar adlandırıb:
Oxunub: 177 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Təhlükəsizliklə bağlı polisə və nazirliyə müraciət edilib Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda yol təhlükəsizliyi sahəsindəki problemlərin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib. Tədbir ötən həftə 12 QHT tərəfindən təsis edilmiş “Təhlükəsiz Yol” Alyansının təşkilatçılığı ilə baş tutub.
“Təhlükəsiz Yol” Alyansının həmtəsisçisi, “İnsan Hüquqları XXI əsr - Azərbaycan” Fondunun prezidenti Şahin Camalov ölkəmizdə ötən ildə dəhşətli həddə çatan yol qəzaları və çoxsaylı insanların bu qəzaların qurbanına çevrilməsinin vətəndaş cəmiyyətini narahat edən problemlərdən olmasını qeyd edib. O, bildirib ki, “Təhlükəsiz Yol” Alyansının yaradılmasında məqsəd yol qəzalarının artmasına gətirib çıxaran səbəblərin araşdırılması və bu səbəblərin aradan qaldırılması istiqamətində ictimai sektor səlahiyyətləri çərçivəsində birgə fəaliyyətlərin həyata keçirilməsidir.
Oxunub: 181 dəfə | Tarix: 23 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Rüşvətxor polislərin işi prokurorluqda Azərbaycanda rüşvət alan yol polisləri barədə toplanmış materiallar Baş Prokurorluğa daxil olub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə Daxili İşlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.
Oxunub: 163 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
"Biz korrupsiyaya qarşı mübarizədə çox şeyə nail ola bilərdik" “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu var ki, bu Qanuna da korrupsiya ilə əlaqədar hüquqpozmalarının aşkar edilməsi və qarşısının alınması, sosial ədalətin müdafiə olunmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarını, vəzifəli şəxslərin dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Buna qarşı mübarizə istiqamətində 1 il ərzində atılan addımlarla bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovla əlaqə saxladıq.
Oxunub: 226 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə dünya praktikasını tətbiq etməliyik Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. 2011-ci ildə bu sahədə çox böyük işlər görülmüşdür. 2012-ci ildə daha da böyük işlər görülməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır.
Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir. Mənim Sərəncamım ilə bütün nazirliklər, dövlət qurumları “Elektron hökumət”in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib.

Oxunub: 155 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
“Korrupsiyanin kökünü bir qərarla kəsmək olmaz” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı dedi ki, prezidentin tapşırığından sonra korrupsiyaya ilə mübarizənin daha da intensivləşdirilməsi üçün konkret addımlar atılıb: “Mübarizə iki istiqamətdə getdi. Birincisi, korrupsiya və rüşvətxorluğu doğuran sosial-iqtisadi amillərin aradan qaldırılması üçün işlər görüldü. Bu bir ildə prezidentin sərəncamları, Milli Məclisin qanunlara etdiyi əlavə və dəyişikliklərlə ayrı-ayrı sahələrdə çalışanların sosial vəziyyətinin yaxşılaşdırıldı, onların maaşı artırıldı. Bəzi güc strukturlarında çalışanlar üçün vətəndaşlardan alınan cərimələrin 25 faizinin onların əməkhaqqına əlavə edilməsi qərarı verildi. Sosial müdafiənin gücləndirilməsi daha çox korrupsiya üçün münbit şərait olan sahələrdə tətbiq edildi. Korrupsiya və rüşvətxorluğun qarşısının alınması üçün inzibati yollardan da istifadə edildi. Ayrı-ayrı şəxslər haqqında cinayət işi qaldırıldı, o şəxslər cəzalarını aldı”.
Oxunub: 151 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
← Geri    1 2    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az