Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycanın regionlarında korrupsiyanın səviyyəsini və daha çox korrupsiyalaşmış yerli dövlət orqanlarını müəyyənləşdirmək üçün sorğu keçirir
Saytda axtarış:
Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.
Təqvim
«    Iyul 2010    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya  və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi  aparılmalıdırPrezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Biz öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səyləri davam etdirməliyik. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə ləyaqətlə xidmət etsin.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Rüşvətxor məmurların ifşa olunması istiqamətində atılan addımlar məni qane etmir. Əgər yerlərdə rüşvətxor məmurlar iqtisadi islahatların aparılmasına imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz.
Oxunub: 834 dəfə | Tarix: 14 Iyul 2010 | Kateqoriya: --- Ətraflı...
İş adamları məmurların onların işlərinə qanunsuz müdaxilə etdiklərini bildirirlər Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Sumqayıtda sahibkarlarla keçirilən ilk tədbirdə yerli dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak etmişlər. Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri bildiriblər ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcud olduğuna görə Fond sahibkarları maarifləndərməklə yanaşı, onlara hüquqi yardım göstərmək fikrindədir. İş adamları məmurların onların işinə əsassız müdaxilələrindən, onların fəaliyyətinə şəhər vergi, əmlak və reyester xidməti, əmək müfəttişliyi və sanitar epidemioloji xidmət, yerli icra strukturları əməkdaşlarının süni maneələr yaratmalarından narazılıq etdilər.
Oxunub: 42 dəfə | Tarix: 14 Iyul 2010 | Kateqoriya: --- Ətraflı...
Məmurların ailə biznesi «Hər hansı bir məmurda milyonlara imza atmaq səlahiyyəti olursa, o istər istəməz bundan sui-istifadə edəcək. O səlahiyyət ondan alınmalıdır». Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov AzadlıqRadiosunun «İşdən sonra» proqramında məmurların ailə biznesini şərh edərkən deyib.
Mövsümov deyir ki, dövlət başçısı inhisarçılığın böyük maneə olduğunu dəfələrlə deyib:
«İnhisarçılıq o deməkdir ki, dövlət məmuru səlahiyyətindən istifadə edib özünün biznesini yaradır. Məmur səlahiyyətindən istifadə edib, biznesdə rəqabətin qarşısını alır, rəqabət sisteminin olmamasından gəlir əldə edir».
Oxunub: 52 dəfə | Tarix: 10 Iyul 2010 | Kateqoriya: --- Ətraflı...
“Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya”nın qəbulundan 3 il ötür Ölkədə korrupsiyanın səviyyəsi və Milli Strategiyanın icrasının vəziyyəti ilə bağlı Azadlıq radiosunun Şəffaflıq verilişində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov müsahibə vermişdir. Bu müsahibəni aşağıdakı linkdə dinləyə bilərsiniz.
Oxunub: 57 dəfə | Tarix: 30 Iyun 2010 | Kateqoriya: --- Ətraflı...
Abşeron rayonunda korrupsiyaya qarşı mübarizə tədbiri keçirilmişdir Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda korrupsiya qarşı mübarizənin təşkili ilə bağlı növbəti tədbirini Abşeron rayonunda keçirmişdir. Tədbirdə yerli ictimaiyyətin, KİV-in, dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının və bələdiyyələrin nümayəndələri iştirak etmişlər. Tədbirin əsas məqsədi “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın icrasının vəziyyətini müzakirə etmək, ictimaiyyət və yerli dövlət orqanlarını qəbul olunmuş normativ sənədlərlə tanış edərək onların hüquqi maarifləndirilməsi olmuşdur.
Oxunub: 64 dəfə | Tarix: 11 Iyun 2010 | Kateqoriya: --- Ətraflı...
Dövlət başçısı tərəfindən göstərilən siyasi iradə Vasif Mövsümov: "Yerlərdə müvafiq dövlət qurumları tərəfindən təkrar olunmur"

"Hər bir məmur bilməlidir ki, onu ədalət məhkəməsi gözləyir"


Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrasının üç ili tamam olur. Ötən üç il ərzində Milli Strategiyanın icrası və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra addımlar atılsa da, hələ də bir sıra sahələrdə korrupsiya və rüşvətxorluq halları qalmaqdadır. Bunun başlıca səbəblərindən biri isə yerlərdə Milli Strategiyanın icrasının istənilən səviyyədə həyata keçirilməməsidir. Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da yerli icra orqanlarının Milli Strategiyanın icrası istiqamətində lazım olan fəallığı nümayiş etdirmədiklərini deyib. Bildirib ki, məhz bu cür neqativ amillər korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizənin effektini azaldır.
Oxunub: 86 dəfə | Tarix: 26 May 2010 | Kateqoriya: --- Ətraflı...
tədbiri keçirilmişdir

Gəncə və ətraf rayonların təhsil işçilərinin iştirakı ilə korrupsiyaya qarşı mübarizə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın fəaliyyət planında təhsil sistemində korrupsiyaya qarşı mübarizə məqsədilə- təhsil müəssisələrində idarəetmə mexanizmlərinin, imtahanların aparılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması, müəllimlərin işə qəbulunun şəffaflıq və müsabiqə əsasında həyata keçirilməsi kimi tələblər öz əksini tapmışdır:
Təhsil nazirinin əmri ilə “Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin fəaliyyət planı təsdiq edilmiş və təhsil idarəetmə orqanları, təhsil müəssisələri rəhbərlərindən fəaliyyət planından irəli gələn vəzifələri yerinə yetirmək tələb olunmuşdur.
Oxunub: 162 dəfə | Tarix: 3 May 2010 | Kateqoriya: --- Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondunun Xaçmaz regional nümayəndəliyinin Məlumatı 2010-cu ilin yanvar-mart aylarında Korrupsiyaya qarşı Mübarizə Fondunun Xaçmaz regional nümayəndəliyinə 12 ərizə və 20 şifahi müraciət daxil olmuşdur. Xaçmaz rayon qaz təchizatı və satışı idarəsindən, Xaçmaz gömrük idarəsindən, Xaçmaz rayon polis şöbəsinin yol polisi bölməsindən, Xaçmaz rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzindən, Qusar rayon polis şöbəsinin yol polisi bölməsindən, Bakı şəhər Baş polis idarəsi yol patrul xidmətindən, Xudat şəhər elektrik şəbəkələri idarəsindən, Quba rayonunda yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutundan şikayət ərizələri alınmışdır.
Oxunub: 114 dəfə | Tarix: 28 Aprel 2010 | Kateqoriya: --- Ətraflı...
AD GÜNÜ TƏBRİKİ Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti cənab Namik Axundovun 70 yaşı tamam olur !


Hörmətli Namik müəllim!

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə özünəməxsus sözü və yeri olan, yaradıcısı və rəhbəri olduğunuz təşkilatın uğurları Sizin adınızla bağlıdır. Fondun fəaliyyətinin əsas prinsipi olan doğruluq və səmimilik həm də sizin həyat amalınızdır. Sizi bu yubiley günündə səmimi qəlbdən təbrik edirik. Sizə Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla başa çatdırmaq üçün uzun ömür və can sağlığı arzulayırıq.



Korrupsiyaya Qarşı Mübarizə Fondu

7 Aprel 2010-cu il
Oxunub: 166 dəfə | Tarix: 6 Aprel 2010 | Kateqoriya: --- Ətraflı...
Hansı əməlləri korrupsiya hesab etmək olar Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktou Vasif Mövsümovun sözlərinə görə, antikorrupsion qanunvericilik bazası yenilənməlidir. O, deyir ki, Fond hazırda korrupsiyaya qarşı milli qanunvericiliyin “boşluqlarını” araşdırır. “Korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinin məhdudlaşdırılması korrupsiyaya qarşı mübarizəni daha da çətinləşdirir. Beynəlxalq təcrübədə korrupsion fəaliyyət hesab edilən 30-dan çox hüquqpozma müəyən edilib. Bütün bu fəaliyyətlər Azərbaycan üçün xarakterikdir. Lakin bizim qanunvericilikdə korrupsiya əməli hesab edilən yalnız 7 hüquqpozma var.”
Oxunub: 136 dəfə | Tarix: 19 Mart 2010 | Kateqoriya: --- Ətraflı...
Ünvanlı Sosial Yardımın təyinatında rüşvət amili Son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə bir sıra təqdirəlayiq tədbirlər həyata keçirilsə də, bu sahələrdə problemlər də yoõ deyil. Dövlət orqanları və onların yerli qurumlarının həmin problemlərin həllinə olan biganə münasibəti isə vətəndaşların üzləşdikləri çətinlikləri bir qədər də artırır. İnsan Hüquqlarına dair Beynəlõalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun yerlərdə keçirdiyi monitorinqlər və vətəndaşlarla təşkil edilən görüşlərdə dövlət qurumlarından edilən şikayətlər bunu deməyə əsas verir.
Oxunub: 175 dəfə | Tarix: 11 Mart 2010 | Kateqoriya: --- Ətraflı...
Ali məktəblərdə tədris prosesinin monitorinqi keçiriləcək Korrupsiyaya qarşı Mübarizə Fondu Təhsil Nazirliyinə tələbələrin tədris prosesinin monitornqini nəzərdə tutan təklifin üzərində işləyir. Bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov xəbər verir. Onun sözlərinə görə, Fondun ekspertləri 10 ali və orta ixtisas məktəbində qış imtahan sessiyasının monitorinqini keçirib. Odlar Yurdu, BDU və Pedaqoji Universitetdə müsbət irəliləyişlər nəzərə çarpıb.“Məsələn, Odlar Yurdu və Pedaqoji Universitetdə tələbələr imtahanları kompüterlə verir və elə oradaca qiymətlərin alırlar.
Oxunub: 166 dəfə | Tarix: 6 Mart 2010 | Kateqoriya: --- Ətraflı...
Korrupsiya hansı qurumlarda daha çoõ mövcuddur? Vasif Mövsümov: "Maarifləndirmə tədbirləri ilə yanaşı korrupsiya əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək işləri də paralel getməlidir"
Son illər ərzində ölkədə korrupsiya və rüşvətõorluq hallarına qarşı müəyyən tədbirlər görülsə də, lakin bu sahədə hələ də problemlər qalmaqdadır. Ayrı-ayrı dövlət qurumları və onların yerli orqanlarının vətəndaşlardan bu və ya digər dərəcədə rüşvət tələb etməsi artıq adi hala çevrilib.Korrupsiyaya Qarşı Mübarizə Fonduna daõil olan şikayətlər və qurumun apardığı araşdırmalar da bunu deməyə əsas verir.
Oxunub: 138 dəfə | Tarix: 6 Mart 2010 | Kateqoriya: --- Ətraflı...
Qəbələdə korrupsiyaya qarşı mübarizə tədbiri Korrupsiyaya Qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsi ilə bağlı Qəbələ şəhərində dəyirmi masa keçirilmişdir. Tədbirdə yerli QHT-lərin, ictimaiyyətin, KİV-in, icra hakimiyyətinin, bələdiyyənin, yerli idarələrin və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Oxunub: 210 dəfə | Tarix: 2 Dekabr 2009 | Kateqoriya: --- Ətraflı...
Zaqatalada antikorrupsion tədbir keçirilmişdir Korrupsiyaya Qarşı Mübarizə Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsinin növbəti tədbiri Zaqatala şəhərində keçirilmişdir.
Oxunub: 250 dəfə | Tarix: 9 Oktyabr 2009 | Kateqoriya: --- Ətraflı...
← Geri    1 2 3    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az